Feili sifət və feildən düzələn sifət Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Biri feili sifət şəkilçisi deyil: A) -ağan², -qan², -ıcı⁴ B) -ası², -malı², -mış⁴ C) -acaq², -an², -ar² D) -ıq⁴, -malı², -ası² . Variantlardakı sözlərdən biri feil sifət deyil: A) oxunası kitab, görülməli iş, yazılacaq sənəd B) yeməli meyvə, qaldığım məkan, seviləsi hekayə C) küskün uşaq, çalışqan şagird, qudurğan insan D) gəzməli yerlər, deyiləsi söz, ağlağan körpə . Birləşmələrdən birinin asılı tərəfi feil sifət deyil. A) yazılmamış qanun B) kəskin bıçaq C) döyüşdən qaçan D) tutulmamış söz . Birləşmələrdən birinin asılı tərəfi feildən düzələn sifət deyil. A) küskün ürək, yırtıcı quş, qurucu ölkə B) deyingən arvad, oxşar xəbərlər, çürük diş C) gələn qonaq, görüləsi iş, baxılası qərar D) qorxunc sima, yapışqan kağız, sönük arzular . Biri feildən düzələn sifət deyil. A) qırıcı təyyarə B) görməli yerlər C) satqın qonşu D) iyrənc niyyət . Cümlələrin birində feili sifət işlənməmişdir. A) Oxuyanlar bunun nəticəsini gördü. B) Qaçanı qovmazlar. C) Düzgün cavablar hamıya verildi. D) Oxuyan müğənni xalq artisti idi. . Variantlardan birində isimləşmiş feili sifət düzgün verilməmişdir. A) Bıçaqlardan ən kəskinini tapıb gizlətdim. B) Suların ən içməlisini sağdakı qaba boşaltdım. C) Seçilmişləri bir kənara qoyun ki, qarışmasın. D) Keçmişimizi unudanlar gələcəyimizi inşa edə bilməz. . Variantlardan birində həm feili sifət, həm də feildən düzəlmiş sifət işlənmişdir. A) Onun gözlənilməz gəlişini görüb pərt oldu. B) Uydurma əhvalatdan təsirlənən qız günün sonunda eşitdiklərini unutmağa çalışdı. C) Gələsi qonaqlar hələ uzaqda idilər. D) Sakit oturub gözləyən adamlar nədənsə narahat idilər. . Biri düzəltmə sifətdir: A) gərgin B) dağınıq C) didərgin D) gülən . Biri feili sifət deyil. A) hörmə B) görüləcək C) gəzməli D) qaçan . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir