Feili bağlama Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Həm feilin, həm də zərfin xüsusiyyətlərini daşıyan sözlərə: A) zərf deyilir. B) feili sifət deyilir. C) feili bağlama deyilir. D) məsdər deyilir. . Biri feili bağlama şəkilçisi deyil. A) -madan², -mamış², -araq² B) -anda², -dıqda², -arkən² C) -ar²,-maz², -ınca² D) -an², -acaq²,-malı² . Biri feili bağlamadır: A) aparır B) getdikdə C) gətirsə D) oxuyacağam . Feili bağlama cümlədə hansı cümlə üzvü vəzifəsində iştirak edir? A) xəbər, zərflik B) təyin, zərflik C) mübtəda, xəbər D) yalnız zərflik . Cümlələrin birində feili bağlama tərkib yaradıb: A) Həyat tərzi dəyişdikcə insanın dəqiq vaxt ölçülərinə tələbatı artır. B) Fazil dünən bizə gəlmişdi. C) Dama-dama göl olar. D) Dərsini oxumaq şagirdin vəzifəsidir. . Variantlardan biri feili bağlamanin xüsusiyyətlərinə aid deyil. A) Feili bağlama ilə cümlə bitməz, o, həmişə asılı vəziyyətdə olur. B) Feili bağlama məsdər və feili sifətdən fərqli olaraq qoşmalarla işlənər bilir. C) Feili bağlama isimləşmir, sifətləşmir. D) Morfoloji cəhətdən feil sayılır. . Verilənlərdən biri feili bağlamanin feilə aid xüsusiyyətlərindən biri kimi verilə bilməz. A) Hərəkətin tərzini, zamanını bildirir. B) Hərəkət bildirir. C) Qrammatik məna növlərində olur. D) Özündən əvvəl gələn müəyyən sözlərlə əlaqəyə girərək feili bağlama tərkibi əmələ gətirir. . Biri feili bağlamanin zərfə aid xüsusiyyətlərdən biri kimi verilə bilməz. A) Hərəkətin tərzini, zamanını bildirir. B) Zərfin suallarına cavab verir. C) Təsirli və təsirsiz olur. D) Cümlədə zərflik olur. . Verilmiş xüsusiyyətlər variantlardan hansına aiddir. ♣ Tərkib əmələ gətirir. ♣ Yalnız bir cümlə vəzifəsində çıxış edir. ♣ Hərəkəti müxtəlif cəhətdən izah edir. A) feili sifət B) məsdər C) feili bağlama D) zərfə . Feili bağlama işlənmiş cümlələri müəyyən edin.1. Uğur qazananlar daim gələcəyə qorxmadan addım atar.2. Cəmil kəndə gedib, o, axşam qayıdacaq.3. Sabahı düşündükcə həyəcandan yuxum qaçır.4. Uşaqlar qoşa-qoşa oturmuşdu.5. Qaranlıq düşdükcə külək güclənirdi. A) 3,5 B) 1,3, 5 C) 2,3,5 D) 1,2,4 . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir