Köməkçi nitq hissələri Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Biri köməkçi nitq hissələrinin xüsusiyyətlərinə daxil edilə bilməz. A) Ayrılıqda leksik mənası yoxdur. B) Heç bir suala cavab vermir C) Cümlə üzvü vəzifəsində işlənə bilmir. D) Şəxsə və kəmiyyətə görə dəyişə bilir. . Biri köməkçi nitq hissələrinin əsas nitq hissələri ilə oxşar cəhətidir. A) Müstəqil leksik mənaya malik olur. B) Heç bir suala cavab vermir. C) Qrammatik mənası olur. D) Şəkilçi qəbul etmir, dəyişmir. . Köməkçi nitq hissəsi işlənmiş cümləni müəyyən edin. A) Qapıdan əvvəl mən çıxdım. B) Onun təkcə yaşaması hamıya məlum idi . C) O, filmin sonuna kimi bizi kinoteatrın qarşısında gözlədi. D) Dönə-dönə tapşırmaq lazımdır kı, qapını heç kimə açmasın. . Köməkçi nitq hissələri işlənməmiş cümləni müəyyən edin. A) Bu günlərə sənə görə gəlmişəm. B) Axır almaz kimi, göz yaşı kimi. C) Dükanın mayası Molla Cəfərqulunundur. D) Azadlıq verilməz ərməğan təkin. . Cümlələrin birində köməkçi nitq hissəsi işlənməmişdir: A) Mənim də xəyalım dağları aşır, Qəlbimi şeirimə verəndən bəri. B) Bülbül oxuyan kimi heç kim oxuya bilmir. C) Qurban kiməsə zəng vurdu, tələsik danışdı, dəstəyi yerə qoydu. D) Yuxusuz gecələr çıxdı qarşıma, lakin töyşümədi bu polad sinəm. . Köməkci nitq hissələri işlənmiş cümlələri seçin:1. Şəfa fikrindən çıxmır, hətta gecələr yuxusuna da girir.2. Mirzə Salman nəsə kəskin bir söz dedi.3. Nə külək, nə də çovğun onun qarşısını ala bildi.4. Mən evə vaxtında çata bilməyəcəm, özün getməli olacaqsan.5. Gah bədənini soyuq tər basır, gah da hərarət bürüyürdü.6. Ana bizim müqəddəs varlığımızdır. A) 1,3,5 B) 2,4,6 C) 2,3,5 D) 1,4,6 . "Yavərim nazik, qara biğindan da, aypara qaşlarından da, azacıq üzdə olan dəyirmi olan gözlərindən də Orxanın zəhləsi gedirdi" cümləsində işlənmiş " də " köməkçi nitq hissəsinin hansı növünə aiddir? A) bağlayıcı B) ədat C) qoşma D) modal sözlər . Verilmiş cümlələrdə "ancaq" köməkçi nitq hissəsinin ədat kimi işləndiyi variantı müəyyən edin. A) Surələri əzbər bilirdi, ancaq mənasını anlamırdi. B) Bu uşağın öhdəsindən ancaq sən gələrsən. C) Ana sual dolu gözünü zilləyib oğluna baxırdı, ancaq Akif dinmirdi. D) İllər keçmişdi, ancaq Ziyadxan bu əhvalatı hələ də unutmamışdı. . Cümlələrin birində "ki" leksik şəkilçi kimi işlənmişdir. A) Hara da ki sən varsan, orda işiq var. B) Bəxtim gətirmir ki, gətirmir. C) Mən ki gözəl deyildim. D) Dünənki hadisədən sonra heç kim dinmirdi. . Cümlələrin birində "yəni" ədat kimi işlənmişdir. A) Cəbhə bölgəsindən güllə səsi gəlmirdi, yeni atəşkəsə əməl olunurdu. B) Vətən, yəni müqəddəs torpağımız uğrunda canımız fəda olsun. C) Sən gələndə artıq gec olacaq, yeni mən getmiş olacam. D) Yəni sən mənim necə insan olduğumu hələ də anlamamısan? . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir