Qoşmaların deyilişi və yazılışı Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Qoşmaları qoşulduğu hallara və yaratdığı mənalara görə qruplaşdırın. 1. sarı, doğru a.yönlük hal; istiqamət 2. qədər, -can² b. adlıq hal; birgəlik 3. sonra, qabaq c. yönlük hal; məsafə d. çıxışlıq hal; səbəb-məqsəd e. çıxışlıq hal; zaman A) 1-a; 2-c; 3-e B) 1- b; 2-d; 3-e C) 1-ab; 2-cd; 3-e D) 1-c; 2-a; 3- ed . Qoşmaların işlənmə ardıcıllığını müəyyən edin.Zaman mənası bildirir.Səbəb mənası bildirir.Birgəlik mənası bildirir.Bənzətmə mənası bildirir.1. Qızın saçları günəş kimi sarı idi.2. Gec gəldiyinə görə hamı artıq yatmışdı.3. Mən getdim evinə duzla, çörəklə.4. Qurbanı kəsib böləndən sonra hamıya payladılar. A) 2,4,3,1 B) 4,2,3,1 C)1,2,3,4 D) 3,4,2,1 . Hansı nümunədə "başqa, əlavə" sözləri qoşmadır?1. Təzə gələn şagirddən başqa, hamı dərsə hazır idi.2. Əlavə dərslər tələbələrin asudə vaxtının alır.3. Gülsənəm arvad bağından başqa adamlara da pay verərdi.4. Bu yerlərdən əlavə, başqa ölkələrdə də olmuşuq.5. Müdirdən əlavə heç kim danışmadı. A) 2,3,5 B) 1,4,5 C) 3,4,5 D) 1,2,3 . "Sarı" sözü hansı sırada səbəb-məqsəd mənası ifadə edən qoşmadır. A) Fikrimi dağıtmaq üçün dənizə sarı yeridim. B) Sarı yaramı, axmasın qanım. C) Can verdiyi üçün xəstənin üzünü qibləyə sarı çevirdilər. D) Bülbül güldən sarı yaman darıxıb. . Qoşmalardan biri orfoqrafik qaydalara görə səhv yazılmışdır: A) Siz aclığa və məhrumiyyətə qarşı sinənizi gərən təbrizlilərsiniz. B) Şamtəki sönmüşdür ümidlə çıraq. C) Onda mən də sənintək düşünürdüm. D) Tahir ona doğru gedib təşəkkür etdi. . Hansı bənddəki qoşma adlıq halda olan sözə qoşulmuşdur? A) səndən ötrü B) vətənim üçün C) səninlə D) səhərədək . Hansı bənddə sifət və qoşma kimi işlənə bilən söz vardır? A) Bu bayram başqa bir bayramdır, sevdiklərim yanımdadır. B) Ancaq sən məni anlayırsan bu dünyada. C) Səndən əvvəl içəri girən mən idim. D) Bülbül oxuyan kimi heç kəs oxuya bilmir. Hansı cümlədə qoşma zərfə aiddir? A) Uğur qazanmaq üçün çox çalışmalısan. B) Bu əşyalar bizə məxsusdur. C) Sabaha kimi gərək bütün işlərimi həll edim. D) Sənin kimi dostdansa , düşmən yaxşıdır. . Qoşulduğu sözlə birlikdə qoşma nə zaman xəbər vəzifəsində işlənər? A) şəxs şəkilçisi qəbul etdikdə B) cəm şəkilçisi qəbul etdikdə C) həm hal, həm cəm şəkilçisi qəbul etdikdə D) mənsubiyyət şəkilçisi qəbul etdikdə . Cümlələrdən birində -ca² qoşma kimi işlənib: A) Balaca uşaqlar topu yola yuvarladılar. B) Kərim yavaşca aradan çıxdı. C) Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. D) Mən əvvəlcə dərsimi oxudum, sonda uşaqlarla oynamağa həyətə düşdüm. . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir