Bağlayıcılarda vergülün işlənməsi Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Uygunluğu müəyyən edin ( Cümlələrdə durğu işarələri buraxılmışdır).1. Bağlayıcıdan əvvəl vergül qoyulmalıdır.2. Bağlayıcıdan sonra vergül qoyulmalıdır.a. Arzum budur ki hamı evinə sağ-salamat qayıtsın.b. Hərgah müəllim icazə verməsə evə getməyəcəm.c. Əli təkcə qərar verməyi xoşlamırdı amma bu dəfə qəlbinin səsini dinlədi.d. Ana çox qürurlu görünürdü çünki indiyə qədər heç kimin minnətli çörəyini yeməmişdi.e. İndi ki gəlmisən keç atanın əlini öp, barışın. A) 1- c,d; 2-a,e B) 1-c,d; 2-a C) 1-b,c; 2-a,d D) 1-b,c,d; 2-a,e . Cümlələrin birində bağlayıcıların vergüllə işlənməsi ilə bağlı yalnış variant verilib. A) Nərgizgil, həmçinin digər qonşular həyətdəki səs-küyə toplaşmışdılar. B) Yağış hələ yağırdı, amma külək dayanmışdı. C) Şagirdlərdən yalnız ikisinin nəticəsi sevindirici idi halbuki, sinifdə yaxşı oxuyan çox idi. D) Nərminə gəlməmişdi, çünki xəstə idi. . Cümlələrin hansında "və" bağlayıcısının yerinə "ilə" bağlayıcısını da işlətmək olar? A) Günəş batdı və hər tərəf alatoranlığa büründü. B) Sizi gördük və yanınıza yaxınlaşmaq istədik. C) Məryəm ağıllı, şirin və girdəsifət qızdır. D) Müəllim və tələbələrin görüşü təxirə salındı. . "Da, də"-nin bağlayıcı kimi işləndiyi cümləni müəyyən edin. A) Biz qarda, çovğunda ölməmək üçün həyatla mübarizə apardıq. B) Atamla bağımıza gilas, gavalı, ərik də əkdik. C) Elə hamımızın dərdi vətən dərdidir də. D) Yat da, bala! . Hansı cümlədə bağlayıcı ixtisar edilsə, cümlənin mənasında dəyişiklik yaranar? A) Yalan danışmaq və oğurluq etmək alçaq işlərdir. B) Arpa da, buğda da dənli bitkidir. C) Bilirəm ki, deməyəcək Bir sevgilim, bir də Vətən, Şair, nə tez qocaldın sən?! D) Səni görən gözlərim Nə yatar, nə dincələr. . Hansı cümlədə "və" bağlayıcısının yerinə "ilə" bağlayıcısını da işlətmək olar? A) Hava və su insanın sağlamlığıdır. B) Mən sizə birlik, səadət, xoşbəxtlik arzulayıram və uğurlar diləyirəm. C) Mənim rəfiqəm anidən oynaq və şən mahnı qoyub oynadı. D) Rasim içəri girdi, əynini dəyişdi və şam yemək üçün stola əyləşdi. . Nümunələrin birində bağlayıcılarda durğu işarəsinin işlədilməsi ilə bağlı səhvi vardır: A) O, iş yerlərinin çoxuna iş üçün müraciət etmişdi, lakin geri dönən yox idi. B) Hər yer islanmışdı çünki, gecədən yağış yağırdı. C) Sən nə məni dinləyirsən, nə də özün düzgün qərar verə bilirsən. D) Onun da işinə artıq baxılmışdı. . Hansı cümlədə nöqtələrin yerinə həm "yəni", həm də "ancaq" bağlayıcısının artırılması mümkündür? A) Sara susurdu...deyilənlərin heç birinə razı deyildi. B) Qapı açıq idi...içəri girən yox idi. C) Şagirdlər imtahandan uğurla keçdilər...tələbə adı qazandılar. D) Mən qərar qəbul etdim...onlar bu məsələ ilə bağlı narazı qaldılar. . Hansı nümunədə bağlayıcıdan sonra vergül düzgün işlənməmişdir? A) Mən bu barədə çox danışdım, amma məni dinləyən olmadı. B) Bu gündən məsuliyyətiniz daha da artır yəni, hər kəs nə edəcəyini, özü də necə edəcəyini dəqiq ölçüb- biçməlidir. C) Oyun "Qarabağ"ın xeyrinə qurtardı belə ki, ölkəmizə qalibiyyətlə qayıtdı. D) Düz altı il idi ki, oğlu atasını görmürdü. . Hansı cümlədə da² bağlayıcı deyil? A) Deməli, hətta yuxarılarda da belələri var. B) Sən də bizə kömək edərsən, yaxşı? C) Yayda istirahət yerlərində də, restoranlarda da boş yer tapılmır, camaat axınla doluşur. D) Çoxları nəinki məktəbə gedən uşaqları, hətta körpə uşaqları da gətirmişdilər. . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir