Ədat və onun məna növləri Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Sual ədatının köməyi ilə yaranmış sual cümləsini müəyyən edin. A) Deyə bilərsənmi ki, yarım hanı, ay külək? B) Bu qədər qan tökdünüz, bəs deyil? C) Necə deyirsən, bu iş alınacaq? D) Niyə dinmirsən, sən ki bunu bilirsən? . Cümlələrin birində " elə" sözü ədat kimi işlənmişdir: A) Elə olunan hücumdan sonra sağ qalan yalnız balaca qızcığaz oldu. B) Elə danış ki, sözlərindən qızıl tökülsün, paslanmış dəmir yox. C) Elə biz də bu məsələdən danışırdıq. D) Elə adamları mən heç insan belə saymıram. . Cümlələrin birində ədatların yazılışı ilə əlaqədar səhv fikir vardır: A) Sən ki Emin bizimlə razılaşmışdın. B) Getməyəcəksən, xeyr, evdə oturacaqsan. C) O, sakitcə içəri girdi. D) Gərək ki, onun 15 yaşi var. . Cümlələrin birində "yalnız" ədat kimi işlənmişdir: A) Bu sirri yalnız ondan başqa heç kim bilmir. B) O küncdəki daxmada qoca qarı yalnız yaşayır. C) Yalnız insan adi bir nəvazişə də möhtac olur. D) Kəndə yalnız gəlmişdi. . Hansı cümlədə "ha" əmr ədatıdır? A) Hava soyuqdur ha, əynini qalın geyin. B) Uğur qazanmaq üçün imtahana yaxşı hazırlaşmalısan ha! C) Ayıb olsun, bir də belə hərəkət etmə ha. D) Sabah sizi gözləyəcəm ha. . Cümlələrin birində "ancaq " sözü ədat kimi işlənməmişdir: A) Bu uşağın öhdəsindən ancaq sən gələ bilərsən. B) İnsanı insan edən ancaq yaxşılıqdır. C) Səni ancaq Allaha tapşırıram, O verər cavabını... D) O özünü çatdırdı, ancaq artıq gec idi, iş işdən keçmişdi. . Hansı cümlədə ədat əsas nitq hissəsi üzərinə artırılmışdır? A) Qoysana bir doyunca sənə baxım. B) Məni bircə sən anlayırdın, indi sən də anlamırsan. C) Ana, yeməkdən azca da tök, doymuram. D) Dəvəcə böyümüsən, köşəkcə ağlın yoxdur. . Ədat işlənməmiş cümləni seçin. A) Mən bunu elə hər dəfə sizə deməyəcəm ki, bir dəfə də özünüz görün işi. B) Onlar bizi də ad gününə çağırmışdılar. C) Sizi düz beş saat gözləmişəm, hardasınız? D) Nə deyirsən de, bircə qal demə. . Hansı cümlədə "belə" sözünü həm ədat, həm də əvəzlik kimi düşünmək olar? A) Sənubər belə məclislərdən sıxılır. B) Hamı belə bu hadisəni bilirdi. C) Belə dostdan kim inciyər? D) Mənimlə belə tərzdə danışma, hörmət et böyüyünə. . "Bircə" sözünün bütövlükdə ədat kimi işləndiyi cümləni seçin. A) Bircə gün də gec gəlsəydin, mən getmiş olacaqdım. B) Bircə dəfə də olsun ananı görməyə getmisən mi? C) Nə götürürsən götür, bircə gitarama toxunma. D) Cibimdə bircə manat pulum qalıb. . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir