Söz birləşmələri Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Biri söz birləşmələri haqqında doğru mülahizə deyil: A) Quruluşca sadə və mürəkkəb olur. B) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gəlir. C) Köməkçi nitq hissələri və köməkçi feillər söz birləşmələrinin tərkibinə daxil olduqda onun quruluşuna təsir edir. D) Söz birləşmələrində 1-ci tərəf asılı tərəf, 2-ci tərəf əsas tərəf sayılır. . Söz birləşmələrindən biri mürəkkəb deyil: A) Füzulinin seçilmiş qəzəlləri B) Vətən üçün şəhid olmaq C) dünən məktəbə gedəndə D) Qafqaz sıra dağları . Biri ismi birləşmə deyil: A) dünənki hadisə B) oxumağın faydası C) mənim oxuduğum D) onların bacarığı . Biri ismi birləşmədir: A) sevincindən ağlamaq B) sinfin ən yaxşı oxuyanı C) asılılıqdan azad olmaq D) göyləri seyr edəndə . Biri feili birləşmədir: A) kömək etmək B) ürəyi ağzına gəlmək C) artıq dərəcədə kədərlənmək D) maşının ehtiyat hissələri . Cümlələrin birində ismi birləşmə verilməmişdir: A) Kamran binanın üstündə qızaran o aya baxa-baxa köks ötürdü. B) Bu kitab həmin kitabdır. C) Təpədə ən zirvəyə pənah gətirənlər sevinclərindən ağlaya-ağlaya aşağı enirdilər. D) Yaxşı dost yaman gündə tanınar. . Biri söz birləşməsi deyil: A) dəmir qapı B) kitab oxuyan C) oxumaqdan savayı D) əlindəki o səbət . Hər iki tərəfi isimlə ifadə olunmuş söz birləşməsini göstərin:1. oxuduğum kitab, dərs yükü, ağıllı insan2. Səhlənkarlıq hissi, maddiyyat yükü, imtahan stresi 3. oxumaq həvəsi, xəngəl havası, iti bıçaq4. televizor saatı, yemək otağı, yaz yağışı5. dünyaya gələnləri, isti ocaq, ana qucağına6. məktəb binası, basketbol topu, vətənimin guşəsi A) 1,3,5 B) 1,2,5 C) 2,4,6 D) 2,3,5 . Verilənlərdən biri ismi birləşmənin yalnız asılı tərəfi ola bilər. A) şəxs əvəzlikləri B) feili sifət C) məsdər D) hansı sualına cavab verən sifət . Hansı söz birləşməsinin asılı tərəfi feili sifətlə ifadə olunmayıb: A) yazdırdığı məktub B) qaçan qız C) deyiləsi söz D) sürməli göz . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir