İsaak Nyuton. Köməkçi və əsas nitq hissələrinin omonimliyi Fənn-Sinif: Azərbaycan dili - VII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Cümlədə "ox" sözü isim kimi işlənib. ( Vergül buraxılıb) A) Ox necə də təmiz havadır. B) Ox bir nələr çəkdiyimi biləydin kaş. C) Ox yayından çıxsa geri dönməz. Ox yeməyin ətri məni bihuş etdi. . Sözlərdən biri cümlədə isim kimi yox, nida kimi verilib. A) Ay yerin peykidir. B) Aylardan may ayı ən sevdiyim aydır. C) Aydan arı, sudan duru. D) Ay kişi, bu nə işdir başımıza gəldi?! . Bircə sözünün işlənmə ardıcıllığını müəyyənləşdirin.-Bircə Xankəndini azad görə idim.-Bu iş üçün bircə fəhlə lazimdir.-Bircə tez ol, gedək, gözləyirlər.-Ümidim bircə əsgərlərimizədir.1. Say+ədat2. Məhdudlaşdırıcı ədat3. Qüvvətləndirici ədat4. Arzu ədatı A) 1,4,3,2 B) 4,1,3,2 C) 3,2,4,1 D) 2,4,1,3 . Qoşma və əvəzlik kimi işlənə bilən sözü seçin. A) qədər B) tək C) kimi D) doğru . Həm əvəzlik, həm də ədat kimi işlənən sözləri müəyyən edin . A) necə, niyə, neçə B) bu, həm, o C) necə, elə, belə D) hamı, məhz, elə . Ham sifət, həm də ədat kimi işlənə bilən sözlər cərgəsini müəyyən edin. A) nə, necə B) yalnız, məhz C) bir, təkcə D) tək, artıq . Hansı cümlədə "düz" sözü "lap" ədatının sinonimidir? A) Sınaqda yalnız bir düz cavabım çıxıb. B) Kitabları rəfə səliqəli düz. C) Düz adam yalana yaxın durmaz. D) Səni bayaqdan düz məktəbin qabağında gözləyirəm. . Nümunələrin birində eyni söz həm ədat, həm də sifət kimi düşünülə bilər. A) Artıq kağızları yığışdırın. B) Yalnız onu axtarırdı. C) Ata mülkündə təkcə yaşayırdı. D) Bircə onu arzulayırdı. . Variantların birində eyni söz həm ədat, həm də sifət kimi düşünülə bilər: A) Sən bir bundakı fərasətə bax. Mənə sadəcə bir gün lazımdır. B) Bu əsl mən istəyən maşındı. Əsl alim olmaq üçün elm yetməz. C) Həmin işi tək sən görə bilərsən. Şəhərə tək getmişdim. D) Artıq tamah baş yarar. Mənim yanımda artıq danışma. . Verilmiş cümlələrdən birində ədat işlənmişdir: A) Uşaca ağlın yoxdur. B) Dağ yolunca gəzərək çayın kənarına gəldik. C) Hədəfim almanca mükəmməl bilməkdir. D) Körpəcə quzu anasının yanından ayrılmırdı. . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir