Tabesizlik əlaqəsi Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Tabesizlik əlaqəsi olan cümlələri müəyyənləşdirin.1. Kazımla dostu Rəhim savadlı həkimdirlər.2. Sözümüzü, fikrimizi sizə dünən bildirdik.3. Onun hər zaman güvəndiyi dostları biz idik.4. Elm bütün nailiyyətlərinə görə xəyala borcludur.5. Səlim, Ramal və Kamil qardaşdırlar. A) 2, 4 B) 2, 3, 5 C) 1, 2, 5 D) 1, 4 . Tabesizlik əlaqəsi olan cümlələr hansılardır?1. Nigarla rəfiqəsi Ləman Türkiyədə ali təhsil almışlar.2. Pianoçu sanki restoranda olduğunu unutmuşdu.3. Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram...4. Əzizlərim, sizi bu gün burda gördüyümə çox şadam.5. Əsgərlər nizamnaməyə əməl etməli, komandirlərinin əmrlərinə tabe olmalıdırlar. A) 1, 3, 5 B) 2, 4 C) 1, 2, 5 D) 3, 4, 5 . "Elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər" cümləsindəki sözlər arasında tabesizlik əlaqəsi hansı bənddə düzgün verilmişdir? A) elm apara bilər B) bəşəriyyəti apara bilər C) həqiqətə, bəşəriyyətə və ədalətə D) həqiqətə apara bilər . Hansı nümunədə həm tabelilik, həm də tabesizlik əlaqəsi var? A) Aparır iclası yoldaş Bəxtiyar — Mənim dastanımın baş qəhrəmanı. B) Mən bu əsəri iki-üç dəfə oxudum. C) Üzündən, gözündən məna tökülür. D) Vüsal sinif yoldaşı ilə birgə futboldan qayıdırdı. . Tabesizlik əlaqəsi haqqında hansı fikir doğru deyil? A) Tabesizlik əlaqəsində olan sözlər biri o birini aydınlaşdırmır, o birinə tabe olmur. B) Tabesizlik əlaqəsində olan sözlər bərabərhüquqlu olur. C) Tabesizlik əlaqəsi yalnız tabesizlik bağlayıcıları ilə müəyyənləşir. D) Tabesizlik əlaqəsində olan sözlər eyni qrammatik formada olur. . Hansı cümlədə tabesizlik əlaqəsində olan sözlər vardır? A) Yuxarıdan – dağlardan başlanan çay gurultu ilə axırdı. B) Rəhim bəy əlindəki kəhrəba təsbehi çevirirdi. C) Düzlər məxmər paltarını geymiş, döşünə çiçək taxmışdı. D) Onun kimi adamları, əlbəttə, qorumaq lazımdır. . Əsər adlarının birində tabesizlik əlaqəsi var: A) "Sevinmə, gülmə, quzum" (H. Cavid) B) "Oxutmuram, əl çəkin" ( M.Ə.Sabir) C) "Sən həmişə mənimləsən" (İ. Əfəndiyev) D) "Yollara iz düşür" (B. Vahabzadə) . Nümunələrdən birində tabesizlik əlaqəsi intonasiya vasitəsilə bağlanıb. A) Həm oğlum ağlayıb yuxumu qaçırmışdı, həm də planlarım alt-üst olmuşdu. B) O, atasını, anasını, qohumlarını o vaxtdan görməmişdi. C) Yolu cəld və tələsik keçib gözdən itdi. D) Kənan sakitcə və gizlincə otaqdan çıxdı. . Hansı cümlədə sözlər arasında tabesizlik əlaqəsi vardır? A) Rasim şagird olarkən gözəl şəkillər çəkmişdir. B) Balaca şəhərin küçələrini duman bürümüşdü. C) Nə qədər xoş imiş səsi, avazı. D) Bizdən uzaqlaşan illər şirin xatirəyə çevrilir. . "Dünən də , bu gün də dərsə getməmişəm" cümləsində sözlər arasında hansı əlaqə vardır? A) uzlaşma, yanaşma B) idarə, yanaşma, tabesizlik C) idarə , yanaşma D) uzlaşma, yanaşma, idarə, tabesizlik . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir