Cümlə üzvləri. Baş üzvlər Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Cümlələrdən birində mübtəda feili birləşmə ilə ifadə olunmuşdur: A) Rəqs edənlər yorulmaq bilmirdi. B) Sənsiz keçən günlərimi xatırlayıb xatirələrimiyad edirəm. C) Ağacdan asılmış oyuncaqlar necə də gülməlidir. D) Qələbə qazananları xalq ehtiramla qarşıladı. . Mübtədası ismi birləşmə ilə ifadə olunmuş ismi xəbərli cümləni müəyyən edin. A) Şagirdlərin biri sözə başladı. B) Yer üzünün əşrəfi insandır. C) Göy göl zəlzələ nəticəsində meydana gəlmişdir. D) Bunların hamısı axşama qədər qonşulara paylanılmalı imiş. . "Zaldakılar iştirak edənləri fərəhlə alqışladılar" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur? A) əvəzliklə B) isimlə C) sifətlə D) ismi birləşmə ilə . El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən.İsmi xəbər nə ilə ifadə olunmuşdur? A) sifət, isim B) isim, əvəzlik C) söz birləşməsi D) sayla, sifətlə . Hansı cümlənin xəbəri ifadə vasitəsinə görə fərqlənir? A) Qəlbimiz sizinlədir. B) Hər şey vətən üçündür. C) Bu səfalı torpaqların hamısı bizə məxsusdur. D) Yaşıllıq oksigen mənbəyidir. . Hansı cümlədə mübtədadan sonra vergül qoyulmalıdır?(Durğu işarələri buraxılmışdır) A) Bu mənim ən sevdiyim rəfiqəmdir. B) Mən dərs oxuyanda o oyuncaqlarla oynayırdı. C) Bu da adam olub çıxdı ortaya. D) Mən bu xoşbəxtliyi ömür boyu arzulamışam. . Xəbəri frazeoloji birləşmə ilə ifadə olunan cümləni seçin. A) Alovun qarşısını almaq üçün traktorlar ərazini şumladı. B) Onun israrına baxmayaraq bizim yardımımız ona lazım oldu. C) Sənin icazən olmadan heç kim ona toxuna bilməz. D) Nəhayət ki, mənim də arzum həyata keçdi. . Hansı cümlədə mübtəda ixtisar edilsə, başqa bir ifadə onu əvəz edə bilər? A) Dostum uşaqlıqdan bu sənəti seçmişdi. B) Oğlum, payız gələndə sən bir yaş daha böyüyəcəksən. C) Böyük qardaşım Akif xəstə olduğu üçün işdən icazə aldı. D) Böyük yaranmışdır əzəldən insan. . Hansı fikir doğrudur? A) Sözün hansı nitq hissəsinə aid olması kökünə sual verməklə müəyyənləşdirilir. B) Zərflik mübtəda ilə yanaşma əlaqəsində ola bilər. C) Xəbər bütün cümlə üzvləri ilə sintaktik əlaqəyə girə bilir. D) Feili birləşmənin tərəfləri arasında tabelilik əlaqəsi olmur. . Biri xəbər ola bilmir: A) şəxs əvəzliyi qoşma ilə işləndikdə B) "öz" əvəzliyi mənsubiyyət qəbul etmədikdə C) Sifət dərəcə şəkilçisi qəbul etdikdə D) Feil başlanğıc formadan çıxmadıqda . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir