Cümlənin ikinci dərəcəli üzvləri. Sınaq 1 Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) "Qardaşları Yusifi quyuya saldılar" cümləsinin tamamlığı nə ilə ifadə olunmuşdur? A) əvəzlik, isim B) isim, isim C) isim əvəzlik D) isim, zərf . Tamamlığı təsriflənməyən formada olan frazeoloji birləşmə ilə ifadə olunan cümlə hansıdır? A) Gecikənləri burada saxlayın. B) Böyüklərə qulaq asmaq çox faydalıdır. C) Özünü çəkən adamla mənim işim olmaz. D) Mənə qulaq asmayanla işim yoxdur. . Kəmiyyət zərfliyi hansı cümlələrdə işlənmişdir?1. Bu il məhsulumuz birə-beş artacaqdır.2. Mən xeyli qocalmışam, xeyli incimişəm.3. Bu kitabxana üçün az kitab gətirmişdilər.4. O, kollektivin işindən hədsiz dərəcədə razı idi.5. Çoxu bu işi anlamır, az vəsait yatırır. A) 2, 3, 4 B) 1, 2, 5 C) 1, 2, 4 D) 2, 3, 5 . Hansı feildən əvvəl qeyri-müəyyən təsirlik halla ifadə olunmuş tamamlıq gələ bilməz? A) oxutdurdu B) qaytardılar C) çatdırdı D) yazılmışdı . Aşağıdakı zərfliklərdən biri xərclərlə ifadə oluna bilmir? A) tərzi-hərəkət zərfliyi B) zaman zərfliyi C) yer zərfliyi D) məqsəd zərfliyi . Hansı cümlədə zaman zərfliyi feili birləşmə ilə ifadə olunmuşdur? A) Axşama yaxın şəhərə çatdıq. B) Mən onu uzun illərdən bəri tanıyıram. C) Payıza kimi məhsulu yığıb qurtarmalıyıq. D) Biz evə çatanda artıq onlar getmişdilər. . Hansı cümlədə məqsəd zərfliyi işlənib? A) Şəhidlər Vətən uğrunda canlarından keçmişdilər. B) Nənə uşağın dəcəlliyini görüb əsəbləşdi. C) Qızıl Arslan məktubu aldığı üçün Həmədan hərəkət etdi. D) Qorxudan qızın əlləri əsirdi. . Hansı cümlədə bir-biri ilə sintaktik əlaqəyə girməyən ikinci dərəcəli üzvlər var? A) Mən aldığım kitabları dünən dostuma yola saldım. B) Ali məktəbdə oxumaq mənim arzumdur. C) Zəlzələ Yaxın Şərqi sarsıtmışdı. D) Dostumun böyük bacısı qabaqcıl işçidir. . Təyin işlənmiş cümləni müəyyən edin. A) Axşam süd içmədiyim üçün gecə rahat yata bilmədim. B) Stolun üstündə nə desən vardı. C) Yuxarı evə baxıb aşağı evi yıxma, bala. D) Pakizə qaça-qaça doqqaza çıxdı. . Yer zərfliyi ismin hansı hallarında olan sözlərlə ifadə olunur?1. Yiyəlik2. Yönlük3. Adlıq4. Yerlik5. Çıxışlıq6. Təsirlik A) 2, 4, 5 B) 1, 3, 4 C) 2, 4, 6 D) 1, 2, 3 . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir