Sadə cümlənin şəxsə görə növləri Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Şəxsə görə cümlənin növləri ilə bağlı düzgün cavabları seçin:1. Sintaksisdə şəxs dedikdə mübtəda nəzərdə tutulur.2. Müəyyən şəxsli cümlənin xəbəri bütün şəxslərdə olur.3. Şəxssiz cümlənin xəbəri frazeoloji birləşmə ilə ifadə oluna bilmir.4. Qeyri-müəyyən şəxsli cümlələrdə mübtəda olmur, xəbər III şəxsin cəmində olur.5. Ümumi şəxsli cümlələr həm ismi xəbərli, həm də feili xəbərli olurlar. A) 3, 5 B) 3, 4 C) 1, 2, 4 D) 1, 2, 3 . Şəxssiz cümlələri seçin.1. Ulduzlardan gələn işıqlar anasının səsi kimi mülayim və mehriban idi.2. Yenə anasının və oğlunun sevinc duyduğu günlərdən biri idi.3. Nərimanın həyəcandan rəngi qaçdı.4. Qoy sizi irəli çəkib direktor qoysunlar.5. Mənim sizə yazığım gəlir. A) 4, 5 B) 2, 3, 5 C) 1, 2, 3 D) 3, 5 . Söhbət hansı cümlədən gedir?1. Tərkib hissələrinə , cümlə üzvlərinə ayrılmır.2. Təsdiq və inkar ədatları ilə, modal sözlərlə və nidalarla ifadə olunur.3. Xitablarla da işlənə bilər. A) ümumi şəxsli cümlə B) söz-cümlə C) adlıq cümlə D) müəyyən şəxsli cümlə . Ümumi şəxsli cümlələrlə bağlı səhv cavabı göstərin. A) Xəbəri II şəxsin təki, III şəxsin cəmində olur. B) Mübtədası olmur. C) Mübtədası olan və olmayan atalar sözləri ümumi şəxsli olur. D) II dərəcəli üzvlər iştirak edə də bilər, etməyə də bilər. . Feili xəbərli şəxssiz geniş cümləni göstərin. A) Qızılqayadan ötəndə qartal səsi qayalara səs saldı. B) Qohumlardan xəbərim olmamışdı. C) Bəyin kefi saz idi. D) Mənim məktəbimizdən xoşum gəlir. . Müəyyən şəxsli cümlələri seçin.1. Mənə bir stəkan çay gətirdi.2. Ona yuxarıdan da təsir göstəriblər.3. Sonunu düşünən qəhrəman olmaz.4. Yol üstündə danışmazlar.5. Silahsız döyüşə gedənlər başlarını itirə bilərlər. A) 1, 3, 5 B) 2, 4 C) 2, 3, 5 D) 1, 3 . "Sabahkı iclasda çıxış edəcəksənmi?" sualına verilən cavablardan hansılar söz cümlədir?1. Bəli2. Edəcəyəm3. Yəqin ki4. Sözsüz5. Etməyəcəyəm A) 2, 3, 5 B) 1, 2 C) 1, 3, 4 D) 4, 5 . "Qüdrət Salmanov bazara gedəndə bəzən arvadı darvazanın xırda gözünü bağlayırdı" cümləsinin təhlili ilə bağlı səhv fikri müəyyən edin. A) Müəyyən şəxsli cümlədir. B) Mübtəda mürəkkəb adla ifadə olunmuşdur. C) Geniş cümlədir. D) Tamamlıq quruluşca mürəkkəbdir. . Ümumi şəxsli cümlələri seçin.1. Yazılmayan kitabı vərəqləməzlər.2. Sözünün yerini bilməyənin gərək dərisini verəsən.3. Qorxan gözə çöp düşər.4. İşləməyən dişləməz.5. Evə gəldikcə yolda bahalı maşınlara rast gəlirsən. A) 1, 2, 5 B) 2, 3 C) 4, 5 D) 1, 2, 3 . Cümlələrin növlərini ardıcıllıqla göstərin. 1. Onu nahaq yerə gözdən salıblar.2. Yaxşılığa yaxşılıq hər kişinin işidir.3. Pis qonşu ilə necə yol gedəsən. A) qeyri-müəyyən şəxsli, ümumi şəxsli, ümumi şəxsli B) ümumi şəxsli, qeyri-müəyyən şəxsli, şəxssiz C) müəyyən şəxsli, müəyyən şəxsli, ümumi şəxsli D) qeyri-müəyyən şəxsli, müəyyən şəxsli, ümumi şəxsli . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir