Xitab və ara sözlər Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Xitabla bağlı xüsusiyyətləri müəyyən edin.1. Fikrə münasibət bildirir.2. Adlıq halda olan isim və ismi birləşmələrlə ifadə olunur.3. Müraciət olunanı bildirir.4. Əsasən, modal sözlərlə ifadə olunur. 5. Cümlə üzvləri ilə sintaktik əlaqəyə girmir. A) 2, 3, 5 B) 1, 4 C) 1, 2, 5 D) 3, 4 . Ara sözlərlə bağlı doğru fikirləri müəyyən edin.1. Əsasən, modal sözlərlə ifadə olunur.2. Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir.3. Cümlə üzvləri ilə məna cəhətdən əlaqələnir. 4. Məhdudlaşdırıcı, dəqiqləşdirici ara sözlər də var.5. Xəbərlə tabesizlik əlaqəsində olur. A) 1, 5 B) 2, 4 C) 1, 2, 3 D) 3, 4, 5 . Hansı cümlədə durğu işarəsi buraxılıb? A) O həm də işləyirdi, amma işi təhsilinə mane olmurdu. B) İnsan yalnız işləməyi yox, işi sevməyi də öyrənməlidir. C) Ya Rəbb, bəlayi-eşq ilə qıl aşina məni. D) O əlbəttə, qayıdacaq. . Hansı sırada məntiqi ardıcıllıq pozulub? A) bir sözlə, xülasə, nəhayət B) bəlkə də, güman ki, ehtimal ki C) məncə, zənnimcə, deyilənə görə D) əlbəttə, şübhəsiz, deməli . Cümləyə hansı ara söz artırılsa, o, sual cümləsi olar?... məni konfransa dəvət edəcəklər. A) məncə B) görəsən C) şübhəsiz D) güman ki . Hansı cümlələrdə xitab yoxdur? (Durğu işarələri buraxılmışdır)1. Alırsan Vaqifin əqlini şərdən...2. Vaqif ey sərvərim ey tacidarım...3. Ey Vidadi gərdişi-dövrani-gəcrəftarə bax.4. Göy yaylaqlar belinə qalx, Kəpəz dağdan Göygölə bax.5. Axmaq fikirlərə uyaraq insan Axtarır umulmaz yerdə səadət. A) 1, 4, 5 B) 2, 3 C) 2, 3, 5 D) 1, 3, 5 . Hansı cümlədə söz birləşməsi ilə ifadə olunan xitab var? (Bəzi durğu işarələri məqsədli olaraq buraxılmışdır) A) Azərbaycan əsgəri bu torpağın üstündə məğrur gəzməlidir. B) Ey həyat sən nə qəribəsən?! C) Aylar illər səssiz-səmirsiz ötüb keçirdi. D) Nə məsum baxırsan dağlar gözəli?! . Hansı cümlədə müraciət bildirən ifadə söz birləşməsi ilə ifadə olunmuşdur?1. Doğma diyar, sənin hər qarışın mənə əzizdir.2. Ey həyat, sən nə qəribəsən?!3. Ey mənə səbir et deyən, hali-dilimdən bixəbər, Eşq olan yerdə nədir aram, ya neylər səbir?4. Ay qızlar, nə gözəlsiniz?! A) 2, 4 B) 1, 3 C) 1, 2 D) 3, 4 . Hansı nümunədə xitab var? A) Ey vay, uçtellər yenə dərkar olacaqdır! B) Harda müsəlman görürəm, qorxuram!.. C) Vay, vay! Nə yaman müşkülə düşdü işim, Allah! D) Düşdü yenə qəzetlər qiymətdən, ay can ay can! . Qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər hansılardır?1. Xitab2. Əlavə 3. Həmcins üzvlər4. Ara sözlər5. Söz-cümlələr A) 1, 4 B) 2, 3 C) 4, 5 D) 1, 2 . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir