Xitab və ara sözlər 2 Fənn-Sinif: Azərbaycan dili - VIII sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Verilmiş cümləyə hansı ara söz artırılsa, təsdiq bildirər?... bu gün tarix dərsi olmayacaq. A) doğrusu B) müxtəsər C) görəsən D) beləliklə . Biri ara söz kimi işlənə bilmir? A) deyin B) deməli C) demək D) sən demə . Xitaba aid fikirlərdən fikirlərdən biri doğrudur: A) Xitablar formaca adlıq hala oxşadığından xəbərlə uzlaşma əlaqəsinə girir. B) Xitablar bəzi nidalarla da işlənə bilir. C) Xitablar insandan başqa digər varlıqlara aid ola bilməz. D) Xitablar heç bir intonasiya ilə cümlə üzvlərindən fərqlənmir. . Mürəkkəb xitab işlənməyən cümləni seçin. A) Gözünüz aydın olsun, Dilbər xanım. B) Mənəm, Şakir dayı, tanımadınmı? C) Yox, mənim balam, seni qoyub getmərəm. D) Ay Hüseynəli, muştuluq, oğlun qayıtdı. . Ara sözlərlə bağlı səhv fikri seçin. A) Cümlə üzvlərindən, əsasən, vergüllə ayrılır. B) Söz birləşməsi ilə ifadə oluna bilmir. C) Cümlə üzvləri ilə sintaktik əlaqəyə girmir. D) Ara sözlərin işlənmə yeri sərbəstdir. . Xitablara aid fikirlərdən yalnız biri doğrudur: A) Sifətlər xitab ola bilməz. B) Xitablar xəbərlə uzlaşma əlaqəsində olur. C) Xitablarla cümlə üzvləri arasında məna əlaqəsi olur. D) Xitablar feili birləşmə ilə ifadə oluna bilmir. . Xitab haqqında deyilənlərdən biri səhvdir: A) Müraciət olunan şəxsi bildirir. B) İnsandan başqa canlılara, cansızlara aid xitablar, bir qayda olaraq, bədii ədəbiyyatda işlənir. C) Xitablar həm adlıq, həm də qeyri-müəyyənlik bildirən hallarda ola bilər. D) Xitablar sadə və mürəkkəb olur. . Cümlədə xitabın ifadə vasitəsini müəyyən edin."Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?" A) feili birləşmə B) ismi birləşmə C) feili sifət D) isim . Xitab və ara sözlər üçün ortaq olmayan əlaməti müəyyən edin. A) Hər ikisi söz və söz birləşmələri ilə ifadə olunur. B) Hər ikisi bir qayda olaraq, müraciət olunanı bildirir. C) Hər ikisi cümlənin əvvəlində, ortasında və sonunda işlənərək, yazıda başqa sözlərdən vergüllə ayrılır. D) Hər ikisi qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur. . Sevdiyim, ləblərin yaquta bənzər,Sərasər dişlərin dürdanədəndir.Xitab kimi işlənmiş söz morfoloji cəhətdən nədir? A) sifət B) feili bağlama C) feili sifət D) zərf . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir