Mürəkkəb cümlə Fənn-Sinif: Azərbaycan dili - IX sinif Sualların sayı: 10 Ödəniş: Pulludur (Hal-Hazırda PULSUZDUR) Biri qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlədir: A) Gecə can verir, üfüqlər ağarır, kainat ərik təkin çiçəklənirdi. B) Bir azdan işıqlar söndü və pərdələr yavaş-yavaş açılmağa başladı. C) Yağış yağdı və hər yer palçıq oldu. D) Şəkil çəkmək asandır, həyat yaratmaq çətin. . Verilmiş tabesiz mürəkkəb cümlənin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin.Söhbət zamanı bəzən onun qaşları çatılar, gözləri qəzəb və kimlə parlardı. A) Hadisələr ardıcıl baş verir. B) Bir fikir digəri ilə qarşılaşdırılır. C) Hadisələr eyni zamanda baş verir. D) Biri hadisənin səbəbini, digəri nəticəsini bildirir. . Cərgələrin birində budaq cümləni baş cümləyə bağlayan bağlayıcı sözlər verilmişdir: A) kim, nə, hara, hansı B) çünki, buna görə də C) həm, həm də, hansı D) elə, belə, həmin . "İndi ki ixtiyar məndədir, mən razı deyiləm" tabeli mürəkkəb cümləsinin tərəfləri hansı vasitə ilə bağlanmışdır? A) intonasiya B) "ki" bağlayıcısı ilə C) şərt bağlayıcısı ilə D) bağlayıcı sözlə . Budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə olan tabeli mürəkkəb cümləni müəyyən edin. A) Deyirlər ki, sabah Bakıya qar yağacaq. B) Atalar deyiblər ki, güc birlikdədir. C) Birdən müəllimə elə gəldi ki, onu imtahan edirlər. D) Təzəcə yerimə girmişdim ki, qapını döydülər. . Komponentlərindən birincisi qeyri-müəyyən şəxsli, ikincisi şəxssiz cümlə olan tabesiz mürəkkəb cümləni seçin. A) Yağış başladı , arzumuz ürəyimizdə qaldı. B) Nəticələr elan edildi, əksəriyyət etiraz etdi. C) İclasda üzümüzə durdular, əlimiz üzümüzdə qaldı. D) Ərizəyə baxıldı, işlər qaydasına düşdü. . Şəxssiz cümlələrin iştirakı ilə əmələ gələn tabesiz mürəkkəb cümləni göstərin. A) Ərizəyə baxıldı, işlər qaydasına düşdü. B) Axır ki , sənədə imza atıldı, hamının ürəyi yerinə gəldi. C) Payız ayları idi, yaylaq boşaldılmışdı. D) Yazığım gəldi, heyvanı açıb buraxdım. . Aşağıdakı sadə cümlələrin hansından tabeli mürəkkəb cümlə düzələ bilməz? A) Kitabları səliqə ilə şkafın gözünə yığdı. B) Arzum sənin xoşbəxt olmağındır. C) Gec-tez həqiqətin ortaya çıxacağına əminəm. D) Bizi saxlamağa ixtiyarı yoxdur. . Mürəkkəb cümlənin hər iki növü üçün ortaq əlamət götürülə bilməz: A) Tərkibindəki cümlələr müxtəsər və geniş ola bilər. B) Tərəflərindəki cümlələr həm bağlayıcı, həm də intonasiya ilə bir-birinə bağlana bilər. C) Hər ikisi bərabərhüquqlu sadə cümlələrdən təşkil olunur. D) Hər ikisinin həm ismi, həm də feili xəbərli ola bilməsi. . Hansı modal sözü nöqtələrin yerinə artırsaq, tabeli mürəkkəb cümlə yaranar?... maşın köhnə idi, amma çox sürətli hərəkət edirdi. A) həqiqətən B) zənnimcə C) doğrudur D) deyəsən . 12345678910 Düz Səhv Cavabsız Bal Nəticələri bilmək üçün, Paylaşmaq mütləqdir