tehsil_xeberleri_metn 12 minə yaxın subbakalavr ərizəsini təsdiq edib - Təhsil xəbərləri

12 minə yaxın subbakalavr ərizəsini təsdiq edib

12 minə yaxın subbakalavr ərizəsini təsdiq edib

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan MərkəzindənAzEdu.az-a bildirilib ki, elektron ərizələrin qəbulu iyulun 1-dək internet vasitəsilə aparılır. Mayın 29-u saat 13:00-a olan məlumata görə, 11 min 422 nəfər ərizəsini təsdiq edib.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Təhsil məlumatları “Tələbə-məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub “Yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra SMS xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavr elektron ərizəsini təsdiq etməlidir. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavrın “Şəxsi kabinet”ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...