tehsil_xeberleri_metn 15 yanvar - Beynəlxalq Vikipediya Günüdür - Təhsil xəbərləri

15 yanvar - Beynəlxalq Vikipediya Günüdür

15 yanvar - Beynəlxalq Vikipediya Günüdür

Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 22 ili tamam olur

Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 22 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.

Beynəlxalq Vikipediya Günü münasibətilə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar ƏzimovAZƏRTAC-a fikirlərini bölüşüb. O bildirib ki, “Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyət göstərməyə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib: “Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Təxminən bir il sonra 2002-ci il yanvarın 13-də isə “Vikipediya”nın Azərbaycan dilində bölməsi yarandı. Geridə qalan son 21 il ərzində Azərbaycan dilində “Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Xarici dildə bilməyən və ana dilində məlumat əldə etmək istəyən insanlar üçün “Vikipediya”nın önəmi çox böyükdür. Təxminən 10 il əvvəl doğma dilimizdə internetə istədiyimiz məlumatları tapmaqda çox çətinlik çəkirdik və demək olar ki, çox zaman tapa bilmir və digər dillərdə axtarmağa üstünlük verirdik. Lakin hazırdakı boşluq “Vikipediya” sayəsində kifayət qədər aradan qalxıb. Razıyam, yenə də bəzən istədiyimiz məlumatı ana dilimizdə tapa bilməsək belə, 10 il əvvəlki vəziyyət deyil. Azərbaycan dilli “Vikipediya”da məlumatların sayı çox artıb. Gələcəkdə hər bir məlumatı öz dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün Azərbaycan dilini anlayan və bu dildə danışan hər bir kəsin “Vikipediya”ya dəstək verməsi ən azı bir-iki məqalə yaratması lazımdır. Azərbaycan dilindəki “Vikipediya”nın son zamanlarda zənginləşməsini internet üzərində axtarışlar edən həs kəs anlaya bilər. Son statistikalar da bunun bariz nümunəsidir. Ötən ilin sadəcə dekabr ayı ərzində “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 29 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 333 milyondur”.

Eldar Əzimov qeyd edib ki, bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. “Daha dəqiq desək, “Similarweb”in açıqladığı statistikaya əsasən, dünyada və ölkəmizdə ən çox daxil olunan 7-ci saytdır və bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla yanaşı, rahatlıqla hiss edə bilirik ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanların sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki “Vikipediya”nı qoruyub zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin”, - deyə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi vurğulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...