tehsil_xeberleri_metn 8 Martda müəllimlərə pul yox, kitab verin - Deputatdan ÇAĞIRIŞ

8 Martda müəllimlərə pul yox, kitab verin - Deputatdan ÇAĞIRIŞ

8 Martda müəllimlərə pul yox, kitab verin - Deputatdan ÇAĞIRIŞ

8 Mart - Beynəlxalq Qadınlar Günü yaxınlaşdıqca məktəblərdə valideynlərdən məcburi pul yığılması məsələsi gündəmə gəlir. Ötən gün elm və təhsil naziriEmin Əmrullayev mətbuat üçün keçirdiyi brifinqdəbu məsələyə toxunub.

Nazir bu cür hallarla üzləşən valideynləri şikayət etməyə çağırıb: "Belə olduqda valideynlər nazirliyə şikayət etsin. Bundan sonra biz hərəkətə keçə bilərik.Müəllimləri təbrik etmək olar. Ancaq bahalı hədiyyələr verilməsi pedaqoji fəaliyyətə uyğun deyil. Valideynlər daha çox bu işə təşkilatçılıq edir. Biz valideynlərə qarışa bilmərik, məsləhət görə bilərik ki, bundan imtina etsinlər. Bundan utanmasınlar".

Müzakirələrə səbəb olan 8 Martla bağlıModern.az-adanışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvüEtibar Əliyevvurğulayıb ki, pul istisna olmaqla, müəllimə hədiyyə vermək ənənəsi keçmişdənmövcuddur:

"Müəllimə gül dəstəsi, yaxşı qələm, kitab hədiyyə edilməsiqəbul olunandır. Məktəb direktorlarının, müəllimlərin 8 Martla əlaqədar konkret siyahı hazırlayıbvalideynlərdən pul tələb etməsi yolverilməzdir.Bayramlarda və digər tədbirlərdə müəllimə hədiyyə kimi pul vermək düzgün deyil. Bu məsələ tənzimlənməlidir. Konkret nizam-intizam olmalıdır".

Deputatınsözlərinə görə, məktəb valideynlərdən onsuz da kifayət qədər pul qoparır:"Hazırda elə bir vəziyyət yaranıb ki, bu gün insanlar qazandıqları vəsaiti ən çox səhiyyə və təhsilə xərcləyirlər. İbtidai sinif pilləsindən valideynlər uşaqlarına repetitor tuturlar. 10-11-ci sinif şagirdlərinin böyük qismidərslərdən yayınır. Məktəbə gəlmirlər. Bunun müqabilində direktorlarla sövdələşmələr olur. Bunu hər kəs bilir.Bura bayramları da əlavə etdikdə, valideynlərin durumu bir qədər dəçətinləşir. Təhsildə məmnuniyyət artırılmalıdır. Kiminsə imkanı olmadığına görə nəsə verə bilməməsi sinifdə ayrı-seçkilik mühiti yaradır. Bu da tədris prosesinə pistəsir göstərir".

Valideynlərin müəllimlərdən şikayət etməsinə gəlincə, deputat qeyd edib:

"Valideynlər şikayət etməsə də, vəziyyət bilinir. Gərək, şikayət olsun?Şikayət edən şəxsi nələrin gözlədiyi barədə də düşünmək lazımdır. Bəzən buna başqa don geyindirirlər. Bu məsələləri təbii axara salmaq lazımdır. Elə mühit yaratmaq lazımdır ki, heç kim fərqli hərəkət etməsin. Bunun üçün də məktəb rəhbərliyi düzgün təyin edilməlidir. Müəllimlərin maaşları ilbəil artırılır. Müəllimlər gərək öz tamahlarını bir balaca yığışdırsınlar. Bu, bir az da insanın vicdanına aid məsələdir. Müəllimlər valideynin durumunu nəzərə almalı, ondan heç nə tələb etməməlidir. Onun övladına öz doğma balasıkimi münasibət bəsləməlidir. Axı insan şüurlu varlıqdır. Bukeyfiyyətləri zorla onun şüuruna yeritmək mümkün deyil.Müəllimlər cəmiyyətin ən vicdanlı təbəqəsini təşkil edir. Buna görə də, prosesi özləri nizama salmalıdırlar".

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.