ADU-da “Özbəkcə-Azərbaycanca frazeologizmlər lüğəti” təqdim edilib

ADU-da “Özbəkcə-Azərbaycanca frazeologizmlər lüğəti” təqdim edilib

Özbəkistan Respublikası Mədəniyyət və Sənət Universitetinin Elmi Araşdırmalar Departamentinin müdiri professor Marufcan Yoldaşev Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Bu barədəAZƏRTAC-a ADU-dan bildirilib. M.Yoldaşevin universitetin rektoru akademik Kamal Abdulla ilə görüşündə gələcəkdə Özbəkistan Mədəniyyət və Sənət Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında birgə layihələr həyata keçirmək haqqında danışıqlar aparılıb.

Daha sonra ADU-nun Türkiyə Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Özbəkcə-Azərbaycanca frazeologizmlər lüğəti”nin təqdimat və müzakirəsi keçirilib. Lüğət Türkiyə Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun və M.Yoldaşevin həmmüəllifliyi ilə çap olunub.

Tədbirdə çıxış edən E.İbrahimov bildirib ki, belə lüğətlərin hazırlanması türk dünyasının dil birliyi baxımından olduqca zəruridir. Türk dünyasında dil birliyinin təmin olunmasının bir yolu da bu tipli ortaq lüğətlərin hazırlanmasıdır.

M.Yoldaşev lüğətin uğurlu olduğunu söyləyib. “Artıq sözlüyün bütün türk dillərini, hətta türk topluluqlarını əhatə edəcək (7 türk dilində) genişləndirilmiş versiyasını çapa hazırlayırıq. Belə çalışmalarımız, layihələrimiz davamlı olacaq”, – deyə o bildirib.

Kitabın rəyçisi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Mahmudova çıxışında 2322 frazeoligizmin yer aldığı lüğətin bu sahədə araşdırma aparan tədqiqatçılar üçün faydalı olacağını vurğulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......
............article_metn