tehsil_xeberleri_metn Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi

Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi

Akademik Arif Həşimov: “TEKNOFEST” Azərbaycan elmi qarşısında yeni vəzifələr müəyyənləşdirdi

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov “TEKNOFEST Azərbaycan” festivalında akademiyanın iştirakının nəticələrinə həsr olunmuş Rəyasət Heyətinin xüsusi iclasında çıxış edib.

AMEA-dan bildirilib ki, akademik mayın 26-29-da Türkiyə və Azərbaycan dostluğu və qardaşlığının parlaq təzahürü olan “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və texnologiya festivalına Bakının ev sahibliyi etdiyini xatırladıb. Alim bildirib ki, Azərbaycanın Qarabağda tarixi Zəfərindən sonra bölgədə və regionda, o cümlədən dünyada yaranmış yeni reallıqlar, yeni siyasi konfiqurasiyalar kontekstində belə bir mesajın böyük siyasi əhəmiyyəti var. Türkiyə-Azərbaycan dostluq və qardaşlığını bütün dünyaya bir daha nümayiş etdirən mötəbər tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqlərində ifadə olunan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq mesajları bütün türk dünyası üçün yeni bir inkişaf mərhələsinin başlanmasından xəbər verir.

“Müasir zamanın çağırışlarına uyğun olaraq elm, texnologiya və innovasiyaların təşviq edilməsi, ölkədə texnoloji suverenliyin təmin olunmasının vacibliyinə diqqətin yönəldilməsi məqsədi daşıyan festivalda Azərbaycan Milli Elmlər Akademiyası tərəfdaş dövlət qurumu statusunda xüsusi pavilyonla iştirak edirdi. AMEA-nın pavilyonunda akademiyanın bir sıra elmi müəssisə və təşkilatlarının innovativ texnologiyaları, məhsul və həlləri nümayiş olunurdu”, – deyə akademik Arif Həşimov bildirib. Qeyd edib ki, tədbir çərçivəsində Türkiyə və Azərbaycanın nüfuzlu dövlət və hökumət nümayəndələri, hər iki ölkənin elm və təhsil ictimaiyyətini təmsil edən şəxslər, çoxsaylı şagird və tələbələr, sadə vətəndaşlar AMEA-nın pavilyonunu ziyarət edib, burada nümayiş olunan məhsulları böyük maraqla qarşılanıb. Onun sözlərinə görə, elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təbliğ edilməsi, rəqəmsal bilik və bacarıqlara malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması festivalın əsas hədəfləri sırasında idi. “TEKNOFEST Azərbaycan” ölkədə elmi-innovativ fəaliyyətin təşkili, türk dünyası ilə əməkdaşlıq əlaqələrinin inkişafı, texnoloji transfer və s. istiqamətlərdə Azərbaycan elmi qarşısında bir sıra yeni vəzifələr müəyyənləşdirib.

Akademik Arif Həşimov festival çərçivəsində türkiyəli həmkarlarla, Türkiyə Elmlər Akademiyası və TUBİTAK-ın rəhbərliyi ilə bir sıra rəsmi işgüzar görüşlərin keçirildiyini, qarşılıqlı əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirə edildiyini nəzərə çatdırıb. O, bu görüşlərin Türkiyə və Azərbaycan arasında elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində, xüsusən yüksək texnologiyaların inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib. Festivalda həm Türkiyə, həm də Azərbaycan tərəfindən gənc nəslin nümayəndələrinin, şagird və tələbələrin, adi vətəndaşların iştirak etdiyini söyləyən alim “TEKNOFEST”in həmin şagird və tələbələrin ixtisas və peşə seçiminə həlledici təsir göstərəcəyinə, bir çox alim və mühəndislərin yetişməsinə səbəb olacağına inamını bildirib.

Arif Həşimov AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin sədrliyi ilə fəaliyyət göstərən İşçi qrupa, festivalda təmsil olunan akademiyanın İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Biofizika və Neft-Kimya Prosesləri institutlarının rəhbərləri və əməkdaşlarına, Yüksək Texnologiyalar Parkının rezidentlərinə, Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinə və İşlər İdarəsinə tədbirin təşkili və keçirilməsində fəal iştirakına, AMEA-nın “TEKNOFEST Azərbaycan”da yüksək səviyyədə təmsil olunmasına görə Rəyasət Heyəti adından təşəkkürünü bildirib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.