tehsil_xeberleri_metn Akademik Möhsün Nağısoylu: "Əlimdə bir neçə mühüm əsas var

Akademik Möhsün Nağısoylu: "Əlimdə bir neçə mühüm əsas var

Akademik Möhsün Nağısoylu: Əlimdə bir neçə mühüm əsas var

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müşaviri, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözünün yer almaması ilə bağlı AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bu barədə"Report"a danışan M.Nağısoylu R.Mehdiyevə izahat verməyə hazır olduğunu deyib.

Onun sözlərinə görə, lüğətin çapa gedən kompüter variantında, yəni siqnal nüsxədə "hörümçək" sözü olub: "Ola bilər ki, lüğət bir kompüterdən digərinə köçürüləndə o söz çıxıb. Bunu qəsdən çıxarmağımız mümkünsüzdür. Bunun təxribat olmasına da inanmıram, bu, sırf texniki məsələdir. Əgər bizim məqsədimiz o sözü çıxarmaq olsaydı, onda niyə eyniköklü digər sözləri saxlayırdıq? Axı orada hörümçəkkimilər, hörümçəyə oxşar, hörümçəyəbənzər sözləri var".

"Bizim əlimizdə bir neçə mühüm əsas var: Birincisi, bu söz bizim kompüterimizdə, yəni nəşrə gedən sonuncu variantda var. İkincisi, kitab şəklində bizə təqdim olunan siqnal variantında var. Üçüncüsü, lüğətdə bu sözlə eyniköklü olan ifadələr var. Dördüncüsü, "spayder" sözünün "hörümçək" deyil, məhz başqa məna daşıması ilə bağlı əsas mənbə var - bu da 2016-da çap olunub, internetdə də mövcuddur. Bir daha demək istəyirəm ki, yeni lüğətdəki "spayder" sözü isə hörümçək sözünün tərcüməsi anlamında verilməyib və bu sözün texniki termin kimi mənası mövcuddur. Bütün bunları izahat kimi Ramiz Mehdiyevə deyə bilərəm", - akademik M.Nağısoylu bildirib.

Qeyd edək ki, Ramiz Mehdiyev ötən gün AMEA Rəyasət Heyətinin iclasında Dilçilik İnstitutunun nəşr etdirdiyi Orfoqrafiya lüğəti ilə bağlı mətbuatda yazılanlara münasibət bildirib. O deyib ki, lüğətin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlarla razı deyil. R.Mehdiyev onlardan daha ciddi və əsaslı izahatlar gözlədiyini söyləyib.

Xatırladaq ki, hazırda qalmaqala çevrilən lüğətin elmi redaktoru həmin vaxt Dilçilik İnstitutunun direktoru vəzifəsində çalışan akademik Möhsün Nağısoylu olub.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...