tehsil_xeberleri_metn Alim olmaq üçün “elmlər doktoru” adına ehtiyac yoxdur- Şahlar Əsgərov

Alim olmaq üçün “elmlər doktoru” adına ehtiyac yoxdur- Şahlar Əsgərov

Alim olmaq üçün “elmlər doktoru” adına ehtiyac yoxdur- Şahlar Əsgərov

Təhsil sistemində müxtəlif yeniliklərə ehtiyac olduğunun vurğulandığı, mövcud problemlərin aradan qaldırılması üçün daim gündəmdə saxlanıldığı bir müddətdə, elmi sahədəki bir çox məsələlər dəyişməz olaraq qalır.

Təhsil sistemində müxtəlif yeniliklər diqqət mərkəzində saxlanılsa da, elmi adların hansı şəkildə, kim tərəfindən təyin olması, tədqiqat sahəsində yeniliklərin vacibliyi, doktorantura pilləsinin müasir tələbləri və s. kimi müxtəlif mövzular ictimaiyyətin diqqətindən müəyyən qədər kənarda qalır deyə bilərik.

Xüsusilə son zamanlarAzərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovvacib qeydlərilə Azərbaycan təhsil sistemində sovet ənənələrinin kök salması, elmi istiqamətlər üçün zəruri olan yeniliklər kimi mövzuları aktual saxlamağa çalışır.

Bu istiqamətdə bir çox məsələyə toxunan professor, sovet dönəmində elmi dərəcələrin ikipilləli olduğunu qeyd edib: elmlər namizədi və elmlər doktoru. Rektor müstəqillik illərində “elmlər namizədi”nin “fəlsəfə doktoru” ilə əvəz edildiyini bildirərək, elmi dərəcələrin eynilə sovet dönəmində olduğu kimi, ikipilləli olaraq qalmasına diqqət çəkib.

Mövzu ilə bağlıprofessor Şahlar ƏsgərovAzEdu.az-a açıqlamasında elmi adların verilməsində yeniliklərə ehtiyac olduğunu vurğulayıb:

“Elmi adların verilməsində yeniliklərə ehtiyac var. Bir az sadə dildə deyək, orta məktəbi bitirən orta savadlı, ali məktəbi bitirən ali savadlı olur. Daha sonra kimsə bir neçə araşdırma aparıb elmi nəticə alırsa, o da olur alim. Düşünürəm ki, alim olmaq üçün “fəlsəfə doktoru” adının verilməsi kifayət edər, “elmlər doktoru” adına isə ehtiyac yoxdur. Mən parlamentdə olduğum dövrdə hazırladığımız qanunda da bunu qeyd etmişdik. O zaman da bu məsələyə diqqət çəkirdim və elmi dərəcə üçün ikinci pilləyə ehtiyacın olmadığını vurğulayırdım”.

Şahlar Əsgərov, alimlərin məhsuldarlığı və professor adı alması məsələlərinə də toxunub:

“Alimlər müxtəlifdir, biri məhsuldar, digəri isə qeyri-məhsuldar ola bilər. Yəni biri elmi dərəcənin birinci pilləsində bu ada layiq görüldükdən sonra yenə də elmi işlə çox məşğul ola, digəri isə əksinə olmaya bilər. Məsələn, bu halda onlar işə götürülən zaman, yaxud universitetdə dərs deyəndə, rektor məhsuldar olan alimə professor vəzifəsi verə və öz mühazirələrini oxumasını deyə bilər. Nəzərə çatdırım ki, professor elmi rütbə deyil”.

“Günün 24 saatı işləyə bilən elmi işçi alimdir”:Burada ikinci bir məsələ də var, kimə alim deyək? Əlində bir ədəd sertifikatı, diplomu olan şəxsə alim demək olar mı?Tarixən alim kimə deyilib? Günün 24 saatı işləyə bilən elmi işçiyə alim deyilir, bu, mənim tərifimdir. Belə insanları sayı isə Azərbaycanda ən uzağı 500 nəfər olar.Yoxsa, tar çalana da professor adı verirlər, zurna çalana, tədqiqatçıya da, ədəbiyyatçıya da, fizika və kimyaçıya da. Burada hökmən bir nizam-intizama ehtiyac var”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.