tehsil_xeberleri_metn Alimlər: Bir qayda olaraq, ifrat dərəcədə qayğıkeş valideynlərin uşaqları daha az yaşayırlar

Alimlər: Bir qayda olaraq, ifrat dərəcədə qayğıkeş valideynlərin uşaqları daha az yaşayırlar

Alimlər: Bir qayda olaraq, ifrat dərəcədə qayğıkeş valideynlərin uşaqları daha az yaşayırlar

Övladlarına ifrat dərəcədə qayğı göstərən və onların müstəqilliyinə mane olaraq həddindən artıq nəzarətə götürən valideynlərin uşaqları az yaşayır və daha çox ölürlər. Ölüm riskinin artıq olmasında həm uşaqların, həm də onların qayğıkeş valideynlərinin cinsiyyəti də rol oynayır.

AZƏRTACxarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı araşdırma ingilislərin ELSA epidemioloji tədqiqatlarında iştirak edən 941 nəfərin 2007-2018-ci illərdə toplanmış məlumatlarının analizini ehtiva edir. Onlardan 445-i kişi, 496-sı isə qadınlardır. Qocalma prosesi üzrə aparılan çoxillik tədqiqatın əvvəlində həyatın müxtəlif aspektlərinə, o cümlədən ailə strukturu, mənzil, ailə başçısının məşğuliyyət növü, infeksion xəstəliyin olması, uşaqlıq və gənclik illərində valideynlərlə münasibətlər, onların qayğı və müdafiəsinə dair rəyi öyrənilən respondentlər xüsusi blankları doldurublar.

Tədqiqatçılar bu elementlər arasında korrelyasiya tapmaq və valideyn münasibətlərinin uzunömürlülüyə təsirini qiymətləndirmək məqsədilə hazırda dünyasını dəyişmiş iştirakçıların cavablarını təhlil ediblər. Valideyn-uşaq münasibətlərinin psixoloji nəticələrinin araşdırılması zamanı məlum olub ki, istər avtoritarlıq, istərsə də özbaşınalıq və səhlənkarlıq amilləri azyaşlının inkişafına mənfi təsir göstərə bilər.

Xüsusən, ifrat qayğıkeş atası olan və uşaqlıqda müstəqilliyi məhdudlaşan kişilər 80 yaşına çatmamış vəfat etmək riskinə 12 faiz daha çox daha çox məruz qalırlar. Bu kateqoriyadan olan qadınlara gəldikdə isə, onların 80 yaşınadək dünyasını dəyişməsi riski 22 faizə çatır.

Digər tərəfdən, uşaqlıq illərində anaları tərəfindən yüksək qayğı görən qadınlarda erkən dünyasını dəyişmə riski 14 faiz azdır. Alimlər hesab edirlər ki, bu, həmin dövrdə stress amilinin səviyyəsinin aşağı olması və bu psixoloji vəziyyətin böyüdükdə də davam etməsidir.

Bu, valideynlərin uşaqlarla münasibətlərinin ömrün uzunluğuna təsirini öyrənən ilk elmi tədqiqatdır.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.