AMEA bəzi sözlərin düzgün tələffüz qaydasını müəyyənləşdirib

AMEA bəzi sözlərin düzgün tələffüz qaydasını müəyyənləşdirib

AMEA orfoepiya normalarında bəzi sözlərin düzgün tələffüz qaydasını təklif edib.

Bu barədə"Report"a AMEA Nəsimi adına Dilçilik İnstitutundan məlumat verilib.

Belə ki, institutda “Azərbaycan dilinin yeni orfoepiya normaları”nın mübahisəli bəndləri ilə bağlı yekun müzakirələr aparılıb.

Müzakirələrdə qeyd edilib ki, orfoepiya normalarının tənzimlənməsi laboratoriyada cihazlar vasitəsilə aparılır və burada mütəmadi olaraq sözlərin necə tələffüz olunduğu yoxlanılır.

Bildirilib ki, “Azərbaycan dilinin Orfoepiya normaları”nın 2.7-ci bəndində tərkibində “ov, öv” hərf birləşmələri olan sözlərdə səs düşümü hadisəsi baş vermir, fonetik prinsipə uyğun olaraq sözlər yazıldığı kimi tələffüz olunduğu qeyd edilib: cövhər [cövhər], çovğun [çovğun]. Müzakirə nəticəsində 2.7 bəndindəki yeniliklər qəbul olunub.

İclasda normaların 2.5.3-cü bəndində “ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə” yanaşı saitlərinin işləndiyi sözlər yazıldığı kimi və uzanma hadisəsi baş vermədən tələffüz olunma məsələsi də müzakirəyə çıxarılıb. Müzakirələr əsasında “ae” sait birləşməsinin yazıldığı kimi tələffüz olunması qəbul edilməyib. “Ae” sait birləşməsinin “ay” kimi tələffüz variantı təklif olunub: aerodrom [ayrodrom], aeroport [ayroport].

Qeyd edək ki, “Azərbaycan dilinin yeni orfoepiya normaları” ötən ilin iyunundatəsdiqlənib.

  • Paylaşmağı unutma

Səhr yaz

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

Bu il universitetlərə qəbul balları artacaq

Bu il universitetlərə qəbul balları artacaq

Qəbul imtahanlarının vaxtı açıqlanmamışdan əvvəl bu il qəbul ballarının artacağı ilə bağlı yayılan proqnozlar müxtəlif amillərə əsaslanır. Bu artım ehtimalını qiymətləndirmək üçün təkcə cari vəziyyəti deyil, həm də qlobal təcrübələri nəzərə alaraq...