tehsil_xeberleri_metn AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb - Təhsil xəbərləri

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb

AMEA-nın Rəyasət Heyətinin iclasında Rəyasət Heyəti aparatının strukturunda daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması haqqında qərar qəbul edilib.

Bu barədə"Report"a AMEA-dan məlumat verilib.

Məsələ ilə əlaqədar çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin yanvarın 16-da keçirilmiş iclasında aparatın strukturunda bir sıra şöbələrin adlarında dəyişiklik edilib, müasir tələblərə, yeni çağırışlara cavab verən addımlar atılıb. AMEA rəhbəri qeyd edib ki, müasir dövrdə dünyada rəqəmsal transformasiyalar, elektron resursların yaradılması prosesi geniş vüsət almaqdadır. Xüsusilə də, Dördüncü Sənaye İnqilabının çağırışları və süni intellekt texnologiyalarının tətbiqi kontekstində müasir dünyanın çağırışlarına müvafiq olaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini məhz rəqəmsal transformasiyalar təşkil edir.

Akademik İsa Həbibbəyli bildirib ki, eyni zamanda hazırda ölkəmizdə elektron dövlət, elektron hökumət resurslarının formalaşdırılması, yeni idarəetmə texnologiyaları və sistemlərinin tətbiqi baxımından da mühüm işlər həyata keçirilməkdədir. AMEA rəhbəri bu baxımdan elektron imza, elektron sənəd dövriyyəsi, kargüzarlıq xidmətlərinin avtomatlaşdırılması kimi proseslərin də geniş tətbiq olunduğunu diqqətə çatdırıb.

İclasda AMEA-nın Rəyasət Heyətinin aparatında sənədlərin elektron dövriyyəsi sisteminin yaradılması, informasiya texnologiyalarından istifadənin imkanlarının elmdə və idarəetmədə genişləndirilməsi, kibertəhlükəsizliyinin təmin edilməsi və s. ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda əlavə maliyyə vəsaiti və ştatlar tələb olunmadan daxili imkanlar hesabına “Elektron Akademiya” şöbəsinin yaradılması qərara alınıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.