tehsil_xeberleri_metn AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib

AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib

AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib

AMEA-nın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının iclası keçirilib.

Bu barədəAZƏRTAC-a AMEA-dan məlumat verilib. AMEA-nın prezidenti, Akademiyanın Qərbi Azərbaycan tədqiqatları üzrə Əlaqələndirmə şurasının sədri akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdüyünü və geniş nitqlə çıxış etdiyini xatırladıb. Bildirib ki, Qərbi Azərbaycan tarixinin tədqiq olunması, oradan zorla köçürülmüş azərbaycanlıların haqlarının müdafiə edilməsi, onların qayıdışının həyata keçirilməsi dövlət səviyyəsində atılan addımdır. Ölkə başçısının Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü zamanı proqram xarakterli nitqindən irəli gələn vəzifələri həyata keçirmək üçün AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi yaradılıb və artıq AMEA-da Qərbi Azərbaycanla əlaqədar tədqiqatlar aparılmaqdadır. Eyni zamanda, akademik İsa Həbibbəyli mətbuatda gedən informasiyaya istinad edərək Ermənistan Milli Elmlər Akademiyasının Azərbaycan alimlərinin atdığı addımlardan təşvişə düşdüklərini, həmin qurumun rəhbəri Aşot Saqyanın ölkənin Təhlükəsizlik Şurasına müraciət etdiyini nəzərə çatdırıb.

Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Qərbi Azərbaycan icmasının fəaliyyəti haqqında geniş məlumat verib, Akademiyada Qərbi Azərbaycanla bağlı həyata keçirilən tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, AMEA-nın Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri Əziz Ələkbərli də çıxışında AMEA-da Qərbi Azərbaycanla bağlı atılan addımları yüksək dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun AMEA-da yaradılmış elmi-tədqiqat şöbələri ilə əlaqəli şəkildə fəaliyyət göstərməsinin xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

İclasda AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov və Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov çıxış edərək Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar haqqında hesabat veriblər.

Tədbir iştirakçılarına Nəsimi adına Dilçilik İnstitutunda “Qərbi Azərbaycan dialektoloji atlası”nın hazırlanmasına başlanması haqqında məlumat verilib.

Sonra AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların əlaqələndirilməsi və sistemli koordinasiyasının təmin edilməsi məqsədilə hazırlanan tədbirlər planının geniş müzakirəsi keçirilib və təsdiqlənib.

Müzakirələrdə akademiklər Gövhər Baxşəliyeva, Muxtar İmanov, professorlar Kərim Şükürov, Məmməd Əliyev və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

İclasda AMEA-da Qərbi Azərbaycanla əlaqədar fəaliyyət göstərən qurumların iştirakı ilə növbəti birgə iclasın Qərbi Azərbaycan icmasının akt zalında keçirilməsi qərara alınıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...