tehsil_xeberleri_metn Azərbaycan və Türkiyə ali təhsil sahəsində əlaqələri gücləndirir

Azərbaycan və Türkiyə ali təhsil sahəsində əlaqələri gücləndirir

Azərbaycan və Türkiyə ali təhsil sahəsində əlaqələri gücləndirir

VII Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində Bakıya gələn Türkiyənin 40-dan çox universitetinin rektoru Təhsil Nazirliyi və Azərbaycan universitetlərinin rəsmiləri ilə görüşərək,əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Modern.azxəbər verir ki, görüşlərdə Türkiyə və Azərbaycanın Bakıda yaradılmasını planlaşdırdığıbirgə universitet, ikili diplom təcrübəsi, tələbə və müəllim mübadiləsi kimi aktual məsələlər müzakirə olunub.

Türkiyənin Ali Təhsil Şurasının sədr müavini Safa KapıcıoğluTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin ortaq iradəsi ilə gündəmə gətirilən birgə universitetlə bağlı işlərin davam etdirildiyini bildirib. Azərbaycan Təhsil Nazirliyi ilə birlikdə işlər gördüklərini deyən Kapıcıoğlu tezliklə layihənin həyata keçiriləcəyini söyləyib: “Demək olar ki, başa çatmaq üzrədir”.

Kapıcıoğlu Azərbaycan ilə Türkiyə arasında ali təhsil əlaqələrinin daha da genişləndiyini, universitetlər arasında qarşılıqlı səfərlərin, əməkdaşlıqvə ortaq diplom proqramlarının davam etdiyini sözlərinə əlavə edib.

Ankara Universitetinin (AU) rektoru professor Necdet Ünüvarpandemiya dövrünün iki ölkənin təhsil sahəsininyaxınlaşmasında körpü yaratdığını və bəzi proqramların, dərslərin, konqreslərin və görüşlərin daha asan keçirilə biləcəyi mühiti fürsətə çevirdiklərini ifadə edib. O, Azərbaycanın Tibb Universiteti, İqtisad Universiteti və Texniki Universitetilə intensiv əməkdaşlıq edildiyini və protokol imzalandığını qeyd edib:

“Biz yalnız kağız üzərində protokollar tərtib etməmişik, bəzi fəaliyyət planlarını da həyata keçirmişik. Məsələn, biz bu üç universitetin tələbələrinə Ankara Universitetinin tələbələrinə verdiyimiz imkanları təklif etdik. Biz parolları azərbaycanlı tələbələrimizə və müəllimlərimizə verdik. Onlar da onlayn mühazirələrimizdə iştirak etdilər və bundan böyük məmnunluqlarını bildirdilər", - deyə rektor bildirib.

Ünüvar Türkiyə ilə Azərbaycanın birgə layihələri və investisiyaları ilə bağlı bunları qeyd edib:“Türkiyənin Azərbaycanda çox mühüm investisiyaları var, Azərbaycanın da Türkiyəyə önəmli investisiyası mövcuddur, lakin ən mühüm investisiya təhsildir. Biz Ankara Universiteti olaraq təhsil sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Biz ikili diplom proqramlarına da başlamışıq. Azərbaycan Texniki Universiteti ilə kompüter mühəndisliyi üzrə ikili diplom proqramına, İqtisad Universiteti ilə biznesin idarə edilməsi üzrə ikili diplom proqramına başlayacağıq, lakin bunlarla məhdudlaşmayacaq”.

Qazi Universitetinin rektoru professor Musa Yıldızisə Azərbaycan Texniki Universiteti ilə elektrik və elektron mühəndislik sahəsində ikili diplom təhsili aldıqlarını, professor-müəllim heyəti və tələbə mübadiləsi apardıqlarını bildirib. M.Yıldız Azərbaycan Tibb Universitetinin tələbələrinə tibb bacısı və fizioterapiya sahəsində də onlayn təlim keçdiklərini deyib.

Müxtəlif layihələr çərçivəsində Azərbaycanın 10-dan çox universiteti ilə tələbə və müəllim mübadiləsi apardıqlarını xatırladan rektor qeyd edib ki, elektrik və elektronika mühəndisliyi sahəsində Azərbaycan Texniki Universiteti ilə ikili diplom müraciəti son mərhələyə çatıb.

Ege Universitetinin rektoru professor Necdet BudakAzərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Universiteti arasında ikili diplom proqramını həyata keçirdiklərini açıqlayıb. O, Ege Universitetinin müəllimlərinin 3 ildir Azərbaycan Dövlət Aqrar Universitetində dərs dediyinə diqqət çəkib.

“Son bir ildə azərbaycanlı tələbələr4-cü kursda İzmirdəki Ege Universitetində tədris planımızı görəcək və məzun olacaqlar. Bu diplomlar həm Azərbaycanda, həm də Türkiyədə tanınacaq”, - deyə rektor bildirib.

Qeyd edək ki, Azərbaycanda7-ci Beynəlxalq Sosial Elmlər Konqresi keçirilib. İyunun 2-də Bakıda başlayan tədbir iki gün sonra Şuşada yekunlaşıb. Konqresdəxüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və AzərbaycanMilli Məclisinin sədri Sahibə Qafarova iştirak ediblər.Eyni zamanda Türkiyənin 40-dan çox universitetinin rektoru Bakıdakı toplantıya qatılıb.

Akif İsmayılov

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.