tehsil_xeberleri_metn Azərbaycanda tələbələrin oxuduqları ali məktəbləri dəyişməsinin səbəbləri açıqlanıb

Azərbaycanda tələbələrin oxuduqları ali məktəbləri dəyişməsinin səbəbləri açıqlanıb

Azərbaycanda tələbələrin oxuduqları ali məktəbləri dəyişməsinin səbəbləri açıqlanıb

Azərbaycan Təhsil İnstitutu həyata keçirilən Tədqiqat Mentorluq Proqramı çərçivəsində ölkədəki ali təhsil müəssisələrində təhsilalanları transferə təşviq edən/məcbur edən səbəbləri araşdırıb.

"Report"un məlumatına görə, institutun Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı bildirib ki, tədqiqatın hədəf kütləsini 2017-2021-ci illərdə transfer prosesində iştirak etmiş tələbələr təşkil etmişdir.

Onun sözlərinə görə, tədqiqat çərçivəsində tələbələrlə onlayn sorğular keçirilib: "Sorğuda ümumilikdə 112 nəfər iştirak edib".

Araşdırma ilə bağlı hazırlanmış hesabatda əks olunmuş tədqiqat nəticələrinin xülasəsi aşağıda təqdim olunub:

- Transfer prosesinə əsasən ali təhsil müəssisələrinə daha aşağı balla qəbul olan tələbələr müraciət edir.

- Həm qadın, həm də kişi cinsindən olan tələbələrin transfer prosesində iştirak etmə səbəbləri içərisində ailə-məişət (yaşadıqları ərazi ilə təhsil aldıqları ali təhsil müəssisəsinin fərqli şəhərlərdə/rayonlarda olması, ev işləri, uşaq qayğısı və s.), karyera-iş (transfer olunmaq istədikləri universitetin təhsil aldıqları universitetlə müqayisədə onların karyeralarına və iş imkanlarına daha müsbət təsir edəcəyi, iş yerləri ilə yaşadıqları ərazi arasındakı məsafənin uzaqlığı və s.) və maliyyə məsələləri ilk sıralarda yer alır.

- Tələbələrin təxminən 40%-nin transferdən öncə təhsil aldıqları universitetlərdəki sosial fəaliyyətlərdən razı olmadığı ortaya çıxıb.

- Tələbələrin təxminən 62%-i tədris olunan fənlərin çətinliyinin başqa ali təhsil müəssisəsinə transfer olunmalarında böyük rol oynadığını qeyd etmişdir. Bu nəticəyə əsasən tədris olunan fənlərin çətinliyinin tələbələrin başqa təhsil müəssisəsinə transfer olunmasında nəzərə çarpacaq bir rolu olduğu qeyd oluna bilər.

- Transfer üçün müraciət edən kişi və qadın tələbələrin əksəriyyətinin sosial və humanitar ixtisas qrupu üzrə təhsil aldığı görünüb.

- Tələbələrin transferdən öncəki təhsil müəssisəsində qiymətləndirmə, idarəetmə və tədris prosesində qarşılaşdıqları ədalətsizliklər tələbələrin transfer olunmasının səbəbi kimi çıxış etmir.

- Tələbələrin transferdən öncə təhsil aldıqları ali təhsil müəssisəsinin akademik heyətinin peşəkarlıq səviyyəsi və təhsilin keyfiyyətindən məmnunluq səviyyəsi ölçülüb.

Nəticələrə əsasən tələbələrin 70%-nin akademik heyətin peşəkarlıq səviyyəsindən, 79%-nin isə təhsilin keyfiyyətindən məmnun olduqları müşahidə edilib. Bu nəticələrə əsasən keyfiyyət faktorunun transfer prosesində əsas rol oynamadığı qeyd oluna bilər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.