Azərbaycanlı alimin məqaləsinin təsviri beynəlxalq jurnalın üz qabığında çap olunub

Azərbaycanlı alimin məqaləsinin təsviri beynəlxalq jurnalın üz qabığında çap olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın Çinin Süni İntellekt Assosiasiyası ilə İngiltərənin Mühəndislik və Texnologiya İnstitutunun birgə nəşr etdirdiyi “CAAI Transactions on Intelligence Technology” jurnalında dərc olunan məqaləsi baş redaktor Hong Lin tərəfindən seçilib. Məqalənin əsas ideyasını və kontentini əks etdirən təsvir jurnalın üz qabığında çap olunub.

AZƏRTACxəbər verir ki, “Xəstələrin Səhiyyə 4.0 infrastrukturundakı demoqrafik məlumatları üzərindən qurulmuş əşyaların internetinə əsaslanan səhiyyə sistemi” (Internet of Things based healthcare system on patient demographic data in Health 4.0) adlı məqalədə əşyaların internetinə əsaslanan intellektual səhiyyə sisteminin arxitekturası verilib. Təklif edilmiş yanaşma pandemiya şəraitində pasiyentlərdə xroniki xəstəliklərin erkən mərhələdə aşkarlanmasını, COVID-19 virus infeksiyasının effektiv diaqnostikasını həyata keçirir.

Məqalə “E-sosiotexnoloji mühitlərdə Big Data resurslarının menecmenti, e-demoqrafiyanın formalaşması və intellektual analizi texnologiyalarının işlənilməsi” layihəsi çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.

Qeyd edək ki, “CAAI Transactions on Intelligence Technology” jurnalı süni intellekt sahəsində 145 impakt faktorlu jurnal arasında 25-ci mövqedə qərarlaşıb və elmmetrik göstəricilərə malikdir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......