tehsil_xeberleri_metn Azərbaycanlı bakalavr Kanadada birbaşa doktoranturaya qəbul olundu

Azərbaycanlı bakalavr Kanadada birbaşa doktoranturaya qəbul olundu

Azərbaycanlı bakalavr Kanadada birbaşa doktoranturaya qəbul olundu

Beynəlxalq Kimya Olimpiadasının qalibi Əli Əliyev birbaşa Kanadanın nüfuzlu Toronto Universitetinin doktorantura səviyyəsinə qəbul olunub.

Publika.azxəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov "Facebook"da şəxsi səhifəsində paylaşım edib.

Rektor bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının "Kimya mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev illik 32 256 Kanada dolları təqaüd qazanaraq, Toronto Universitetinin "Kimya mühəndisliyi və tətbiqi kimya" ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib.

E.Qasımov, həmçinin, Əli Əliyevin Beynəlxalq Kimya Olimpiadasının qalibi olduğunu və 2019-ci ildə BANM-nin tələbəsi statusuna müsabiqədənkənar sahibləndiyini qeyd edib.

Mehti Kamiloğlu

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...