tehsil_xeberleri_metn AzTU-da LMQS layihəsi çərçivəsində yeni ixtisas üzrə tələbə qəbulu aparılıb

AzTU-da LMQS layihəsi çərçivəsində yeni ixtisas üzrə tələbə qəbulu aparılıb

AzTU-da LMQS layihəsi çərçivəsində yeni ixtisas üzrə tələbə qəbulu aparılıb
2022/2023-cü illər üzrə Azərbaycan Texniki Universitetində (AzTU) “Erasmus+” KA2 proqramının “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti, risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı, peşə magistri hazırlığı” (LMQS) layihəsi çərçivəsində magistratura səviyyəsində yeni yaradılan səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisasına tələbə qəbulu həyata keçirilib. Yeni tədris ilindən adıçəkilən ixtisas üzrə 19 tələbə təhsil alacaq.

AzEdu.azxəbər verir ki, bundan başqa, AzTU-nun bakalavriat səviyyəsində də səhiyyədə keyfiyyətin və risklərin idarə olunması ixtisası üzrə tələbə qəbulunun həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə çərçivəsində AzTU-nun əməkdaşları Yunanıstanın Qərbi Attika Universitetində təlim proqramında iştirak edib, bu sahədə qabaqcıl Avropa universitetlərinin tədris proqramları ilə tanış olub, müvafiq tədris materialları əldə ediblər.1

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...