tehsil_xeberleri_metn Bağçaya qəbulda YALNIZ bu şəxslər iştirak edə bilər-Şöbə müdiri açıqladı

Bağçaya qəbulda YALNIZ bu şəxslər iştirak edə bilər-Şöbə müdiri açıqladı

Bağçaya qəbulda YALNIZ bu şəxslər iştirak edə bilər-Şöbə müdiri açıqladı

“Bağçalarda yalnız pedaqoji təhsili olan şəxslər çalışacaq”.

BunuAzEdu.az-aaçıqlamasında Təhsil İnstitutunun şöbə müdiri Laləzar Cəfərovadeyib.

Belə ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra buraya qəbul olunacaq təbriyəçilər üçün imtahanların keçirilməsi nəzərdə tutulur.

Laləzar Cəfərova bu imtahanlarda hansı şəxslərin iştirak edə biləcəyi məsələsinə ayadınlıq gətirib:

“Azərbaycan Respublikasının Məktəbəqədər Təhsil Haqqında qanununa əsasən, bağçada tərbiyəçi kimi çalışan şəxslər yalnız həmin ixtisasa yiyələnməlidir. Yəni müvafiq fakültəni bitirən tələbələr bu sektor üzrə çalışa bilər. Lakin ibtidai sinif kimi qeyri-sahələr ixtisas dəyişmə əsasənda fəaliyyət göstərmək imkanına malikdir. Bunun üçün ixtisas dəyişmə fakültələri var. İxtisasını dəyişən şəxslər imtahana qatılmaq şansı əldə edə biləcəklər”.

Şöbə müdiri hansı fənlərin imtahanda salınmasına aydınlıq gətirib:

“Test imtahanı zamanı ixtisas üzrə məktəbəqədər təhsilin metodika, pedaqogika kimi sahələri və psixoloji tərəfləri yoxlanılacaq. Çünki psixoloji mövzu olduqca həssas və kiçik yaş qruplarını əhatə edən məsələdir. Tərbiyəçinin bu kimi biliklərə yiyələnməsi olduqca vacibdir.

İxtisas yalnız məktəbəqədər təhsilin pedaqogika və metodikası üzrə salınacaq. Bu, da Pedaqoji Universitetin müvafiq fakültələri üzrə oxuyan şəxslərin keçdiyi fənləri əhatə edir. Həmçinin, bu kimi fənlər digər kollec və universitetlərdə də tədris edilir. Məktəbəqədər təhsil üzrə 4 inkişaf sahəsinə uyğun tədris olunan məşğələ növləri də imtahana salınacaq. Bu uşaqların yetişməsində tam əhatəli olan əsas inkişaf sahələridir.

Fikrimcə imtahandan əlavə işləyəcək şəxslərin psixoloji durumlarının yoxlanılması olduqca vacibdir, çünki onlar kiçik və azyaşlı uşaqlarla çalışacaq kadrlar olacaqlar.

Müsahibə və digər mərhələlərin keçirilməsi isə hələ məlum deyil”.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.