tehsil_xeberleri_metn Bakalavrlar informatikada üzrə BU TAPŞIRIQLARDA əziyyət çəkiblər-Müəllimlər açıqlayır

Bakalavrlar informatikada üzrə BU TAPŞIRIQLARDA əziyyət çəkiblər-Müəllimlər açıqlayır

Bakalavrlar informatikada üzrə BU TAPŞIRIQLARDA əziyyət çəkiblər-Müəllimlər açıqlayır

“Bakalavrlar informatikadan riyazi hesablamalar tələb edən test tapşırıqlarında çətinlik çəkiblər”.

BunuAzEdu.az-aaçıqlaması zamanıinformatika müəllimi Yadigar Əliyevdeyib.

O bildirib ki, təqdim olunan suallar tam proqramı əhatə edirdi:

“Düşünürəm ki, sualların içində çox çətin tip yox idi. Məlumatı olan, düzgün hazırlaşan hər kəsin ən az 20 suala cavab yaza bilməyi mümkün idi. Ümumilikdə isə çətin testlər adətən riyazi hesablamalar tələb edən tapşırıqlar olur".

Magistr OL Tədris Mərkəzinin əməkdaşı Ruhəngiz Abiyeva məntiq fənni üzrə imtahan sualları ilə bağlı fikirlərini bizimlə bölüşüb:

"Bakalavrlar məntiq fənnində mətnin təhlilindən olan blok və açıq suallar içərisində olan tərəzini tapmaqda çətinlik çəkiblər"- Magistr OL Tədris Mərkəzinin əməkdaşı Ruhəngiz Abiyeva məsələyə münasibət bildirib:

"Məntiq fənnindəki suallar o qədər də qəliz salınmayıb. Onla vaxtı düzgün bölməklə bütün cavablana bilərdi. Məlumdur ki, 2021-ci ilin fevralında məntiq fənnindən qeyri-adi mətnlər var idi. Bu il həm 1-ci, həm də 2-ci imtahanda bu kimi qeyri-adi suallara rast gəlinmədi. Həm kursumuzun öz tələbələri, həm də ümumi tanıdığım bakalavrlar arasında keçirdiyim sorğuya əsasən tələbələr bu imtahanın, sadəcə 1-ci imtahana nisbətən çətin olduğunu söyləyiblər.

Tələbələrin çətinlik çəkdiyi məqam konkret suallarla bağlı deyil, vaxtı bölməklə bağlı olub. Amma blok suallarda çətinlik çəkən tələbələr də az deyil. Xüsusən, bakalavrlar mətnin məntiqi təhlilindən olan blok sualı və açıq suallar içərisində olan tərəzini tapmaqda çətinlik çəkiblər".

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.