Bakı üzrə 1500-dən çox şagird fənn olimpiadalarının yarımfinal turunda
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 1502 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb.
Bu barədəAZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, onlardan 376 nəfər Azərbaycan dili və ədəbiyyatı, 83 nəfər biologiya, 97 nəfər coğrafiya, 117 nəfər fizika, 85 nəfər informatika, 130 nəfər kimya, 457 nəfər riyaziyyat, 157 nəfər isə tarix fənni üzrə uğurlu nəticə əldə edib.
İştirakçılar müsabiqənin şəhər mərhələsinin nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetlərindən və ya təhsil aldıqları ümumi təhsil müəssisələrindən əldə edə bilərlər.
Müraciətləroffice@arti.edu.azelektron ünvanına yazılı şəkildə göndərilməlidir.
Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi fevralın 1-dən 15-dəkwww.portal.edu.azsaytı vasitəsilə həyata keçiriləcək.
Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.