Bakıda Malayziyanın təhsil sərgisi açılıb
Dekabrın 3-də Bakıda Malayziyanın təhsil sərgisinin açılış mərasimi keçirilib.
AZƏRTACxəbər verir ki, sərgidə Malayziyanın nüfuzlu və dünya standartlarına cavab verən 10-a yaxın dövlət və özəl universiteti iştirak edir.
Təhsil sərgisində azərbaycanlı tələbələr Malayziyanın nüfuzlu universitetlərində təhsil imkanı, həmçinin təhsil aldıqları müddətdə bir çox təqaüd proqramları, məzun olduqdan sonra isə bu ölkədə praktika keçmək şansları haqqında ətraflı məlumat əldə edə bilərlər.
Malayziya səfirliyini müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani jurnalistlərə açıqlamasında bildirib ki, Malayziya təhsil keyfiyyəti baxımından dünya ölkələri sırasında 11-ci yeri tutur: "Malayziyada 590-a yaxın universitet var, 162 ölkədən tələbə təhsil alır. Təhsil imkanları yüksəkdir. Dövlət universitetlərində təhsil haqqı 2000 dollardan başlayır, təqaüd imkanları mövcuddur. Azərbaycanlı tələbələrə isə Malayziyada 20 faiz ilkin endirim və 50 faizədək təqaüd imkanları təklif edilir. Hazırda müraciət edən tələbələrin qeydiyyat xərclərinə 90 faiz endirim olacaq".
Sərgi dekabrın 4-dək davam edəcək.