BDU dünyanın universitetlərinin fənn reytinqində yer aldımı?

Bakı Dövlət Universiteti (BDU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “QS Quacquarelli Symonds” tərəfindən dərc edilən və yüksək akademik standartlara malik universitetlərin fənn reytinqində yer alıb.

"Report"xəbər verir ki, BDU “QS Subject Rankings 2024” çərçivəsində neft və qaz sahəsində ixtisaslar üzrə dünyanın ən yaxşı 150 universiteti sırasına daxil olub.

Qeyd edək ki, “QS Subject Rankings” reytinqi hazırlanarkən akademik reputasiya (akademik dairələrdə universitetin tanınması və nüfuzu), işəgötürənlər arasında reputasiya (məzunların işə qəbul edilməsi üzrə şirkət və təşkilatların rəyi), bir elmi nəşrə görə sitatların sayı (elmi tədqiqatların təsir gücünü əks etdirən göstərici), Hirş indeksi (elmi məhsuldarlıq və tədqiqatların sitatlandırma səviyyəsi), beynəlxalq elmi əməkdaşlıq indeksi (universitetin qlobal elmi əməkdaşlıq səviyyəsini əks etdirir) əsas götürülür.

BDU-nun bu uğuru Universitetin Strateji İnkişaf Planı çərçivəsində həyata keçirdiyi davamlı islahatların, elmi potensialın artırılmasının və beynəlxalq əlaqələrin genişləndirilməsinin nəticəsidir.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...