BDU Elmi Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunan sərgi

BDU Elmi Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunan sərgi

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan sərgi təşkil edilib.

BDU-danAZƏRTAC-a bildirilib ki, sərgidə müxtəlif dillərdən bəhs edən 50-yə yaxın kitab, dərslik və dərs vəsaiti nümayiş etdirilib. Həmçinin görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, dilçi alimlərimizin Azərbaycan dilinin tarixi, daxili qanunauyğunluqları, poetik üslubu, əsrlərdən günümüzə qədər gəlib çatan zənginliyi və dərinliyindən xəbər verən dəyərli nəşrləri yer alıb.

Sərgidə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili statusuna yüksəldilməsi, dilimizin xarici təsirlərə məruz qalmadan qorunub saxlanılmasında əvəzsiz rolu xüsusi işıqlandırılır. Nizami Xudiyevin “Heydər Əliyev və Azərbaycan dili”, Salatın Əhmədovanın “Heydər Əliyevin dil siyasəti” adlı kitabları oxucular tərəfindən xüsusi maraqla qarşılanıb.

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sərgidə türk, rus, ingilis, alman, fransız, yapon, Çin, ərəb, qədim Roma dilləri, həmçinin Qafqazda yaşayan tatların dilinə aid bir çox nəşrlər də yer alıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......