BDU-nun 12 fakültəsi üzrə 16 nəfər professor vəzifəsinə təsdiqlənib
Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti iclası olub.
Bu barədə"Report"a BDU-dan məlumat verilib.
Elmi Şurada BDU üzrə boş olan professor vəzifələrinin tutulması üçün seçkilər keçirilib.
Seçkinin nəticələrinə əsasən, BDU-nun 12 fakültəsi üzrə 16 nəfər professor vəzifəsinə təsdiqlənib.
Daha sonra cari məsələlərə baxılıb.