tehsil_xeberleri_metn "Bir neçə ildən sonra Azərbaycanda təhsil daha da inkişaf edəcək" - RƏY

"Bir neçə ildən sonra Azərbaycanda təhsil daha da inkişaf edəcək" - RƏY

Bir neçə ildən sonra Azərbaycanda təhsil daha da inkişaf edəcək

"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunda inşa edilən 304 nömrəli tam orta məktəbin açılışında iştirak etməsi xüsusi önəm daşıyır. Bu gün Azərbaycan xalqı Ramazan bayramını qeyd edir. Belə bir əziz gündə isə insanların yanında olmaq, onları sevindirmək, qayğıları ilə maraqlanmaq həm də dinimizin təqdir etdiyi əməllərdəndir".

Bunu"Report"a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda təhsilə və onun inkişafına dövlət səviyyəsində çox böyük diqqət, qayğı göstərilir: "Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən hər zaman bu sahəyə diqqət və qayğı ön planda olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yeni tikilən məktəblərin, bağçaların, uşaq evlərinin, şəhid ailələri üçün binaların açılış mərasimlərində iştirak edirlər. Bu da onu göstərir ki, ölkə rəhbərliyi üçün vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, yüksək təhsil alması prioritet istiqamətdir".

Deputat bildirib ki, bu gün Azərbaycan təhsili sürətlə inkişaf edir: "Bu özünü ölkəmizdə yeni məktəblərin açılmasında, birgə universitetlərinin yaradılmasında da göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, biz bir neçə ildən sonra Azərbaycanın təhsilinin daha da inkişaf etdiyinin şahidi olacağıq. Bu həm də onu göstərir ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman vətəndaşlarımızın yanındadır. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman vurğulayıblar ki, onlar üçün ən xoş gün Azərbaycan vətəndaşları ilə bir yerdə keçirilən gündür. Bu, həm də Azərbaycanda xalq-iqtidar birliyinin əyani təzahürüdür. Azərbaycan xalqı da hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdardır".

Xatırladaq ki, mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.