tehsil_xeberleri_metn BMU-da tələbələrə müxtəlif hədiyyələr təqdim olunub

BMU-da tələbələrə müxtəlif hədiyyələr təqdim olunub

BMU-da tələbələrə müxtəlif hədiyyələr təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) “Dünya Pi Günü”nə həsr olunmuş tədbir keçirilib.

AzEdu.azxəbər verir ki, Universitetin Tələbə Elmi Cəmiyyətinin (TEC) nəzdində fəaliyyət göstərən “Pi Klubu”nun təşkilatçılığı ilə baş tutan tədbirdə açılış nitqi ilə çıxış edən BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov (Qüdsi) məşhur Pi sabitinin şərəfinə hər il 14 martda qeyd olunan bu günün yaranma tarixi, həmçinin önəmindən söz açıb. Qeyd edib ki, BMU-da belə bir tədbirin keçirilməsində əsas məqsəd tələbələrin riyaziyyat fənninə olan marağının daha da artırılması, eyni zamanda gənc istedadların üzə çıxarılmasıdır. Tədbir çərçivəsində məntiq yarışmasının keçiriləcəyini söyləyən B.Məmmədov münsiflər heyətinin tərkibini açıqlayıb və iştirakçılara uğurlara arzulayıb.

“Pi klubu”nun fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunduqdan sonra klubun sədri Şəfəq Yaqubova çıxış edib. Bildirib ki, klubun məqsədi riyaziyyat sevən fərqli insanları bir araya toplamaq, eyni zamanda riyaziyyatın sıxıcı deyil, maraqlı və əyləncəli olduğunu göstərməyə çalışmaqdır. Yarandığı gündən klub tərəfindən üzvlərin davamlı şəkildə biliklərini yoxlamağa, yeni biliklər əldə etməyə həvəsini artıran müxtəlif layihələrin həyata keçirildiyini vurğulayan Ş.Yaqubova ölkənin bir çox universitetləri və məktəbləri ilə sıx əməkdaşlıq edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra “Evrika”, “Radian”, “MATRİX”, “Alliance”, “Nömrə 1”, “Prometey” komandalarının iştirak etdiyi məntiq yarışı başlayıb. Komandalarda BMU, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri, eləcə də Zirvə liseyi və Nömrə 1 tədris mərkəzinin şagirdləri təmsil olunub.

Məntiq yarışında 1, 2 və 3 ballıq 15 sual səsləndirilib. “Nömrə 1” komandası 23 balla yarışmada ilk yeri tutub.

Sonda qaliblərə, eləcə də iştirakşılara təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olunub.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...