BMU-nun rektoru Fransanın nüfuzlu universitetlərinin professorları ilə görüşüb
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar MəmmədovFransanınParis-Saclay Universitetinin PhD ilə bağlı beynəlxalq əlaqələr koordinatoru, prof. Rachid Bennacer vəLorraine Universitetinin professoruMohammed El Ganaoui ilə görüşüb.
Hər iki qonaq BMU və Kanadanın Ryerson Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “13-cü Beynəlxalq Termal Mühəndislik konfransı: nəzəriyyə və tətbiq” beynəlxalq konfransında iştirak etmək üçün ölkəmizdə səfərdədir.
Rektor Havar Məmmədov BMU, burada tədris olunan ixtisaslar, həyata keçirilən beynəlxalq proqramlar barədə ətraflı məlumat verib. Ölkəmizdə ilk dəfə baş tutacaq konfransın önəmindən danışan rektor Azərbaycanın Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə güclü inkişaf yolu keçdiyini vurğulayıb. Azərbaycanın innovativ mühəndisliyin tətbiqi sahəsində də uğurlar qazandığını deyən Havar Məmmədov beynəlxalq konfransda aparılacaq elmi müzakirələrin, fikirlər və təkliflərin əhəmiyyətli olduğunu söyləyib.
Ölkəmizlə bağlı xoş təəssüratlarını çatdıran qonaqlar BMU-da olmaqdan məmnunluqlarını ifadə ediblər.
Görüşdəkonfrans barədə geniş məlumat verilib və beynəlxalq tədbirdə Kanada, ABŞ, Fransa, Rusiya, İspaniya, İtaliya, Avstraliya, İsrail, eləcə də digər Asiya və Avropa ölkələrindən 100-ə yaxın mütəxəssisin iştirakının gözlənildiyi bildirilib. Bununla yanaşı, Fransanın Lorraine Univeritetinin keçirdiyi “Materiallar və enerji konfransı”nın (http://www.icome.ecam-epmi.fr/) təşkilat komitəsinin BMU-da təşkil ediləcək konfransa (İCTEA) qatılmağa qərar verdiyi xüsusi vurğulanıb.
Daha sonra görüşdə BMU ilə hər iki universitet arasında gələcək əməkdaşlıq imkanları geniş müzakirə olunub.