"British Council"un direktoru: "Böyük Britaniyada təhsil alan azərbaycanlı məzunlara dəstək verəcəyik"

British Council

"Böyük Britaniyada təhsil alan azərbaycanlı məzunlara dəstək verəcəyik".

"Report"xəbər verir ki, bunu "British Council"in Azərbaycandakı direktoru Frensis Qardener-Trexo jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məzunlar Azərbaycana qayıtdıqdan sonra bütün sahələrdə ciddi nəticələr əldə ediblər.

“Böyük Britaniyada universitet bitirmiş məzunlar arasında həqiqətən güclü əlaqə var. Onlar təhsillərini başa vurduqdan sonra da fəaliyyətlərini davam etdirir, bizimlə ilə əlaqə saxlayırlar. Bu, təhsil təcrübəsinin keyfiyyətinin əyani sübutudur".

Trexo qeyd edib ki, 2022-ci ildə əsas məqsəd Böyük Britaniya və Azərbaycanın ali təhsil sektoru arasında əlaqələr yaratmaqdır:

"Azərbaycan məktəbləri ilə işləmək məsələsində də eyni məqsədimiz var. Bir neçə ildir ki, biz burada layihələr üzərində işləyirik. Biz gəncləri Böyük Britaniyada təhsil imkanlarından yararlanmağa təşviq edəcəyik. Böyük Britaniya ali təhsil üçün açıq mühitdir və hər il bir milyondan çox əcnəbi tələbə universitetlərdə təhsil alır”.

  • Paylaşmağı unutma

Səhr yaz

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

Bu il universitetlərə qəbul balları artacaq

Bu il universitetlərə qəbul balları artacaq

Qəbul imtahanlarının vaxtı açıqlanmamışdan əvvəl bu il qəbul ballarının artacağı ilə bağlı yayılan proqnozlar müxtəlif amillərə əsaslanır. Bu artım ehtimalını qiymətləndirmək üçün təkcə cari vəziyyəti deyil, həm də qlobal təcrübələri nəzərə alaraq...