tehsil_xeberleri_metn Bu qərar III qrupa qəbul imkanını artıracaq, universitetlərin iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək- Ekspert

Bu qərar III qrupa qəbul imkanını artıracaq, universitetlərin iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək- Ekspert

Bu qərar III qrupa qəbul imkanını artıracaq, universitetlərin iqtisadi vəziyyətinə müsbət təsir göstərəcək- Ekspert

“Bu dəyişiklik III ixtisas qrupunda abituriyentlərin ali məktəblərə qəbul olmaq imkanlarını artıracaq. Verilən qərar universitetlərin də iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərəcək”

Baş nazir Əli Əsədov III ixtisas qrupunda qəbul qaydaları ilə bağlı qərar imzalayıb.

Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməli olacaqlar. İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları müəyyən ediləcək.

Bəs ümumilikdə qərar abituriyentlərin imtahan nəticələri,ixtisas seçimi məsələsinə, eyni zamanda lll qrupa marağa necə təsir göstərəcək?

Təhsil eksperti Kamran ƏsədovAzEdu.az-a açıqlamasında bu dəyişiklərin III qrupa hazırlaşan abituryentlərə və qəbul sayına təsirini dəyərləndirib:

“Biz hər il qəbul imtahanlarının nəticələrinə baxdıqda görürük ki, bütün qruplarla müqayisədə III qrupu seçən abituriyentlər ali təhsil müəsissələrinə qəbul olmaqda çətinlik çəkirlər. Burada əsas səbəb isə plan yerinin az olması idi. Belə ki, ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə 24-25 min sənəd verilirsə, onların 17 minə qədəri müsabiqə şərtini ödəyirdi. Amma plan yeri 11 minə kimi olurdu və yekunda bu ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin bəzən bu qrupda yüksək balla kənarda qalmasına səbəb olurdu”.

Ekspert elektron ərizə müraciəti zamanı abituriyentləri diqqətli olmağa çağırıb:

“Bu il edilən dəyişikliyə əsasən, Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları III ixtisas qrupuna daxil edilib. Bu ixtisas qrupunda yeni dəyişikliyə əsasən, alt qruplar olacaq. Abituriyentlər elektron ərizə göndərdikləri zaman diqqətli olmalıdırlar.Alt qrupu seçəcəkləri təqdirdə onlar coğrafiya fənnindən də imtahan verməklə yeni əlavə olunan iki ixtisasdan birini seçmiş olacaqlar”.

Ekspert verilən qərarın həm bu ixtisas qrupuna hazırlaşan abiturieyntlərə, həm də universitetlərə müsbət təsiri olacağını vurğulayıb:

“Bütün hallarda bu dəyişiklik III ixtisas qrupunda abituriyentlərin ali məktəblərə qəbul olmaq imkanlarını artıracaq. Eyni zamanda bu qrupda beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisaslarına daha yüksək ballı abituriyentlərin qəbul olmasına şərait yaradacaq. Çox təəssüf ki, həmin ixtisaslara həmişə plan yerləri boş qalırdı, bu da universitetlərdə müəyyən qədər maliyyə itkisinə gətirib çıxarırdı”.

Son olaraq o,-“Bütün bu amilləri nəzərə alaraq verilən qərar universitetlərin də iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərəcək. Bununla yanaşı həmin ixtisaslara daha savadlı və yüksək ballı abituriyentlərin qəbul olmasına şərait yaradacaq”-deyə qeyd edib.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.