tehsil_xeberleri_metn Cəlilabadda "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib

Cəlilabadda "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib

Cəlilabadda Rəqəmsal aqronomlar

Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsinin qalib layihələrindən olan "Rəqəmsal aqronomlar" şagird düşərgəsi layihəsinin açılış mərasimi keçirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, açılış tədbiri Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin akt zalında baş tutub.

Tədbirdə layihə rəhbəri, təhsil müəssisələrinin rəhbərləri, layihənin idarə heyəti, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra layihə haqqında qısa videoçarx nümayiş etdirilib.

Layihə rəhbəri Elçin Abbasov çıxış edərək layihə haqqında məlumat verib. Daha sonra qonaqlara söz verilib. Cəlilabad rayonu akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Quliyeva, Cəlilabad rayonu Alar kənd Heydər Əliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Nazim Əsgərov, Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbin direktoru Tahir Əsgərov, layihənin təlimçisi Fariz Rzayev, layihənin eksperti Gülər Bayramova və digərləri çıxış edərək layihənin şagirdlərimizə faydalı olacağından, kənd təsərrüfatında tətbiqlərinin üstünlüklərindən danışıblar.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...