tehsil_xeberleri_metn Daimiləşmə müsabiqəsinə start verilib - Təhsil xəbərləri

Daimiləşmə müsabiqəsinə start verilib

Daimiləşmə müsabiqəsinə start verilib

Martın 1-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədi ilə daimiləşmə müsabiqəsinə başlanılıb.

Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak üçün elektron sənəd qəbulu 1-7 mart tarixlərində həyata keçiriləcək. Namizədlər www.miq.edu.az/muqavilesaytına daxil olaraq daimiləşmə müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün son tarix 7 mart saat 23:59-dur.

Qeyd edək ki, cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək. Namizədlərin daxil etdiyi məlumatlar yoxlanıldıqdan sonra müsahibənin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat şəxsi səhifələrə göndəriləcək.

Eyni zamanda mövcud qaydalara görə, daimiləşmə müsabiqəsində uğur qazanan şəxslərin üç tədris ili ərzində keçiriləcək müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsində iştirakı təmin olunmayacaq.

Əlavə olaraq, namizədlərwww.miq.edu.az/muqavilesaytında “Sual-cavab” bölməsinə daxil olaraq müsabiqə ilə bağlı ətraflı məlumat əldə edə bilərlər:

Sual-cavab:https://miq.edu.az/muqavile/faq-online

Müsabiqədə iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...