tehsil_xeberleri_metn DİA-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün ixtisasartırma təlimi

DİA-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün ixtisasartırma təlimi

DİA-da Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün ixtisasartırma təlimi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Dövlət Miqrasiya Xidmətinin əməkdaşları üçün ixtisasartırma təlimi keçirilib.

Bu barədəAZƏRTAC-a DİA-dan məlumat verilib. Bildirilib ki, “Heydər Əliyev İli” ilə əlaqədar DİA-nın Tədbirlər planına əsasən təşkil olunan təlimin məqsədi ölkəmizdə idarəçilik sahəsində peşəkar kadrların yetişdirilməsi, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, beynəlxalq insan hüquqları konsepsiyası və digər məsələlərlə bağlı biliklərin sistemləşdirilməsi, gənclər arasında miqrasiya sahəsinə marağın artırılması, kadr potensialının gücləndirilməsi, miqrasiya proseslərinin idarəolunması və bu istiqamətdə aparılan dövlət siyasətinin hüquq mühafizə və digər dövlət qurumlarında çalışan rəhbər əməkdaşlara çatdırılması, izahı və şərh edilməsi idi.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov “Dövlət idarəçiliyində Heydər Əliyev fenomeni və müasir Azərbaycanın davamlı inklüziv inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışan rektor yüksək səviyyəli mütəxəssis hazırlığı, ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları əməkdaşlarının ixtisaslarının artırılması, peşə bacarıqlarının təkmilləşdirilməsi üçün atılan addımlara toxunub. O, Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlığın daha bir nümunəsi kimi təşkil edilmiş ixtisasartırma kursunun müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb.

Akademik U.Ələkbərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən, onun zəngin siyasi irsinin, dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən bəhs edib. Rektor dahi rəhbər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini deyib. Davamlı inkişaf, inklüziv cəmiyyətin formalaşması üçün dövlət idarəçiliyinin yeni texnologiyaları sahəsində ölkənin əldə etdiyi uğurlar qeyd olunub. Qazanılan uğurların 44 günlük Vətən müharibəsindəki parlaq Qələbədə böyük rolu olduğu bildirilib.

Rektor Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən fəaliyyətin əhəmiyyətini vurğulayıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.