Dil tarixi mütəxəssisləri və tələbələr üçün yeni monoqrafiya çapdan çıxıb

Dil tarixi mütəxəssisləri və tələbələr üçün yeni monoqrafiya çapdan çıxıb

Bakı, 30 yanvar,AZƏRTAC

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Səkinə Şərifovanın “Mirzə Fətəli Axundzadənin əsərlərində mürəkkəb cümlənin semantik-sintaktik xüsusiyyətləri” kitabı çap olunub.

İnstitutdanAZƏRTAC-a bildirilib ki, monoqrafiyada XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin əsərlərində işlənmiş mürəkkəb cümlələrin semantik-sintaktik xüsusiyyətlərindən bəhs olunur. Nəşrdə tabeli, tabesiz, həmçinin qarışıq tipli mürəkkəb cümlələr sintaktik bütövlər kontekstində araşdırılır, dialoji və monoloji nitqdə mürəkkəb cümlənin təqdimi yolları üzə çıxarılır, semantik diferensiallaşma və s. məsələlərə diqqət yetirilir, mətn dilçiliyi ilə bağlı elmi yeniliklər ilk dəfə dil tarixinin öyrənilməsində tətbiq edilir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Adilovdur.

Monoqrafiya dil tarixi və dil nəzəriyyəsi mütəxəssisləri, ali məktəblərin filologiya fakültəsinin müəllimləri, tələbələri və magistrantları üçün faydalıdır.

  • Paylaşmağı unutma

Səhr yaz

Telefon qadağası təhsilə nə verəcək?

Telefon qadağası təhsilə nə verəcək?

"Elm və Təhsil Nazirliyinin məktəblərdə şagirdlərin telefonlardan istifadəsini qadağan etməsi qərarı ilk növbədə, tədris prosesində diqqət yayındırıcı amilləri aradan qaldırmaq, dərs keyfiyyətini artırmaq...

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Azərbaycanda məktəblərdə bunun istifadəsi QADAĞAN EDİLDİ

Ölkə üzrə 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilən şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub....

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Dərs saatları DƏYİŞDİRİLİRMİ?

Bakı kimi böyük şəhərlərdə ictimai nəqliyyat sistemləri, xüsusilə də metro, gündəlik həyatın ayrılmaz hissəsidir. Təkliflər var ki, təhsil müəssisələrində dərslər 9-da yox, 1-2 saat gec başlasın...

......