tehsil_xeberleri_metn DİM-in şöbə müdiri: Danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir

DİM-in şöbə müdiri: Danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir

DİM-in şöbə müdiri: Danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir

Danışıq bloku üzrə mövzular ümumi dil bacarıqlarını, təhsil, mədəniyyət, turizm, işlə təmin olunma, asudə vaxtın səmərəli keçirilməsi, elm, innovasiya və digər ümumi sahələri əhatə edir. Xarici dildən danışıq bloku üzrə imtahan üç mərhələdən ibarətdir.

AzEdu.azxəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin yutub və feysbuk səhifələrində təşkil etdiyi canlı yayımda Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib.

DİM-in şöbə müdiri qeyd edib ki, namizəd kompüterin qarşısında əyləşir, prosesi özü idarə edir, qeydiyyatdan keçir. Birinci mərhələdə şəkil təqdim olunur və onu təsvir etmək tələb edilir. Bununla bağlı internetdə kifayət qədər resurslar var. Sonra şəkildəki mövzu ilə bağlı sual tələb olunur. İkinci mərhələdə fikir, müzakirə mövzusu qoyulur. Onun lehinə və əleyhinə fikirlər təqdim edilir. Namizəd bu fikirlərdən hansını seçməsinə özü qərar verir. Üçüncü mərhələdə həmin mövzu ilə bağlı sual verilir. Danışıq blokunda namizəd 18-20 dəqiqə müddətində imtahanı vermiş olur. Namizəd vaxtının qurtarmasına nə qədər qaldığını özü izləyə bilər.

Qeyd edək ki, DİM-in bugünkü canlı yayımında doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanı, iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı ilə əlaqədar ətraflı məlumat verilib.

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyat mayın 29-dək davam edəcək.

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-19-da keçiriləcək.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.