tehsil_xeberleri_metn Direktor müavinləri təlimə cəlb olunub - Təhsil xəbərləri

Direktor müavinləri təlimə cəlb olunub

Direktor müavinləri təlimə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində yeni fəaliyyətə başlayan direktor müavinləri ilə görüş keçirilib.

Bu barədəAzEdu.az-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, görüşdə BŞTİ-nin ümumi təhsil sektorunun müdiri Fuad Babayev təhsil idarəçilərinin Türkiyənin İzmir şəhərinə təlim səfərinin nəticələri və direktor müavinləri üçün təşkil olunmuş təlimin məqsədi barədə məlumat verib.

Sonra BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Təhsilin keyfiyyətinin artırılmasında məktəb idarəçilərinin rolu” mövzusunda çıxış edib. O, yeni təyin olunmuş direktor müavinlərinin məktəb mühitinin səmərəli təşkili istiqamətində təcrübə qazanması baxımından bu cür təlimlərin əhəmiyyəti və qarşıda duran vəzifələrin həlli yolları barədə fikirlərini bildirib, direktor müavinlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.

Mehriban Vəliyeva, eyni zamanda, pandemiya şəraitində tədrisin təşkili, liderlik keyfiyyətləri, effektiv idarəetmə, yaradıcı yanaşma, şagirdlərin təlim nəticələri, risklərin qiymətləndirilməsi, sağlam psixoloji-emosional durum, müəllim-valideyn münasibətləri, keyfiyyətə nail olmaq üçün tətbiq olunan yerli və beynəlxalq təcrübə və səmərəliliyin artırılması məsələlərinə də toxunub.

İzmir şəhərinə təlim səfərində iştirak etmiş 53 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova direktor müavinlərinə “İşgüzar münasibətlərdə protokol qaydaları” və “İdarəedicinin ünsiyyət bacarığı” mövzularında təlim keçib.

Görüşdə, həmçinin direktor müavinlərinin şəxsi göstəricilərini və potensialını əks etdirən test sınağı aparılıb, onların fəaliyyətləri ilə bağlı özünüqiymətləndirmə sorğusu keçirilib.

Sonda məktəb mühiti, münasibətlərin tənzimlənməsi, maraqların toqquşmasından irəli gələn vəziyyətdə davranış, pedaqoji etika, strateji planlaşma, protokol qaydaları, qarşılıqlı ünsiyyət, məktəb-valideyn əməkdaşlığı və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb.

  • Paylaşmağı unutma

Səhr yaz

Nəyə görə tələbə köçürmələri baş verir?

Nəyə görə tələbə köçürmələri baş verir?

2023-cü ildə orta ixtisas təhsili müəssisələrindən və ölkə daxilində yerləşən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrindən ümumilikdə 2649 nəfərin köçürülməsi baş tutub. Köçürülməsinə icazə verilən...

Qarabağ Universiteti tədris prosesinə başladı

Qarabağ Universiteti tədris prosesinə başladı

Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, 2024/2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub...

Tələbələrə nə üçün kredit veriləcək?

Tələbələrə nə üçün kredit veriləcək?

Təhsil Tələbə Kredit Fondu yalnız əyani və öz hesabına ödənişli təhsil alan tələbələr üçün kredit ayırır. Tələbələrin digər xərclərinin qarşılanması, ümumiyyətlə Fondun fəaliyyəti ilə bağlı ...

Müəllimlərin vahid geyim forması?

Müəllimlərin vahid geyim forması?

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiyyətinə, həm də məktəbin ümumi atmosferinə təsir göstərə bilər.