tehsil_xeberleri_metn “Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib

“Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib

“Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib

Dekabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 103 illiyi ilə əlaqədar nazirlik tərəfindən hazırlanmış “Əlillik qüsur deyil” kitab-albomunun ikinci nəşrinin təqdimatı keçirilib.

AzEdu.azxəbər verir ki, təqdimat mərasimində təhsil naziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri, əlilliyi olan istedadlı şəxslər və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi nümayiş edilib.

“Əlillik qüsur deyil” kitab-albomunun təqdimat mərasimində çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin tarixi, keçdiyi inkişaf yolu, ölkəmizdə icra edilən sosial siyasətin əsas istiqamətləri barədə məlumat verib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev əlilliyi olan şəxslərin təhsil imkanlarının artırılması istiqamətində görülən işlərlə bağlı fikirlərini bölüşüb və bu mövzunun təhsil sahəsində prioritet istiqamətlərdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə qeyd olunub ki, bu il də əlilliyi olan şəxslərin əl işlərinin 10 satış-sərgisi, həmin şəxslərin XI Ümumrespublika Yaradıcılıq Sərgi-müsabiqəsi keçirilib. Ötən dövrdə nazirliyin dəstəyi ilə yaradıcı əlilliyi olan şəxslərin iştirak etdiyi müxtəlif tamaşalar, onların yaradıcılıq potensialının cəmiyyətə tanıdılması, sosial inklüzivliyi təbliğ edən müxtəlif layihələr hazırlanaraq həyata keçirilib.

  • Paylaşmağı unutma

Səhr yaz

Müəllimlərə müjdəli xəbər gəlir

Müəllimlərə müjdəli xəbər gəlir

"Müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartları gələn ilin ilk rübündə ölkəyə gətiriləcək". Milli.Az xəbər verir ki, bunu "Azərbaycan müəllimi"nə açıqlamasında Təhsilin İnkişafı Fondunun...

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Bu tələbələrə niyə təhsil krediti verilməyəcək?

Hal-hazırda xarici vətəndaş olan tələbələr üçün təhsil krediti ayrılması mümkün deyil. Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov jurnalistlərə açıqlama verib.

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi və Xocalıda yeni uşaq bağçaları

Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib. "Report"un Qarabağ bürosunun məlumatına görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları...

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

DİM sürücülər üçün imtahan keçirib. Nəticə.

Dövlət İmtahan Mərkəzi (DİM) taksi sürücüləri, beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi üçün imtahan keçirib, 1268 namizəd uğur qazanıb. "Report" xəbər verir ki...